II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
313
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yazarı Tomas Punçonun, yapon əsilli Amerika tənqidçisi Miçoko Kakutaninin elmi-ədəbi meyarlara əsaslanan rəyləri,
Azərbaycan mətbuatında isə, Elanarə Tofiqızı, İradə Musayeva, Niyazi Mehdi... kimi ədəbiyyat və fikir adamlarının
“Unutmağa kimsə yox” romanına baxışları qarşılıqlı şəkildə təhlil olunduqda əsər bu məziyyətinə o qədər də diqqət
çəkilmir. (Elnarə Akimovanın “Daşlaşmış sevgilərin tarixi” məqaləsi istisnadır) K. Abdulla “Unutmağa kimsə yox”
romanında Bəhram-Gülsüm münasibətlərinə digər romanın obrazlarının həyatına nisbətdə çox az yer ayırdığı halda
hamımızın-bütün insanlığın nüvəsində yerləşən saf, məsum, platonik məzmunlu və lakin bir o qədər də real məhəbbət
dastanı yaradıb ki, əsərin digər məziyyətlərin kölgədə qoyur. Markes isə, Florentino və Ferminanın həyatına dörd yüz
səhifədən çox həcm arealı və geniş zaman şəridi ayırdığı halda daha çox cismani məzmunlu məhəbbət macərasına şahid
oluruq və bu da yaddaşımızda ötəri bir iz buraxır...
Dostları ilə paylaş: |