II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
311
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Genetik olaraq ədəbiyyat, xüsusilə də bizim diqqət obyektimiz olan təhkiyə ədəbiyyatı mifologiya ilə folklorun dərin
qatlarında yaranan nağıl və qəhrəmanlıq eposu vasitəsilə, folklor vasitəsilə əlaqəlidir. Təbii olaraq dram və lirika da öz ilkin
mifik elementlərini milli bayramlarda olan rituallardan və dini mərasimlərdən götürüb.
Yaxşı məlumdur ki, bütün antik ədəbiyyat mifologiya və mifoloji kosmologiya ilə hopub, amma antik miflər orta
əsrlərdə də unudulmur, hərçənd xristian demonologiyası periferiyasına keçir. Bütövlükdə isə orta əsr ədəbiyyatı daha
spiritual olan dini mifologiyanın hakimiyyəti, təsiri altında qalırdı. Analoji olaraq orta əsr şərq mədəniyyətində də buddist,
induist, daosist və islam mifologiyası dominantlıq təşkil edirdi.
Total simvolizmdən uzaqlaşma yalnız İntibah dövründə başladı. L. Batılkinin yazdıqlarına əsaslansaq “İntibah -
arxetiplər, mif üzərində qurulan son bütöv mədəni sistemdir. İntibah mifi özünün tarixə meylli və tənqidi düşüncəyə
əsaslanan antroposentrizmi, diqqətin reallığa yönləndirilməsi ilə belə bir təsəvvür yaradır ki, sanki burada öz-özlüyündə
ölmüş antik mifologiya yeni bir mərhələyə keçir (xristianlıq, qrotesk, magiya, cəngavərlik əfsanəsi). Bu səbəbdən
mifologiya yuxarıya doğru irəllədikcə özünəməxsus şəkildə tarixi məcburiliyi saxlayırdı. Bu bele olduğu halda keçidin hələ
barokko və klassisizmdə də tamamlanmadığını deyə bilərik.
XV-XVIII əsrlərdə antik bibliya miflogiyasının obraz və motivləri poetik obrazlılığın arsenalı, süjetlərin mənbəyi,
incəsənətin özünəməxsus şəkildə formalaşmış dilinə çevrildi. Məhz XVI-XVII əsrlərdə ənənəvi süjet çərçivəsində geniş
ümumiləşdirici qüvvəyə malik qeyri-ənənəvi əbədi tiplər yaradılır ki, (Hamlet, Don Kixot, Don Juan,Mezantrop və s.)
bunlar da öz dövrünün təkcə sosial xarakteri modelində deyil, həm də bəzi ümuminsani kardinal davranışa malik tiplər idi.
Başqa sözlə bu qəhrəmanlar özləri sonrakı əsrlər üçün əbədi obrazlar idilər. Bu əsərlərin süjeti müəyyən qədər aşağı
səviyyədə olsa da, bu süjetin üzərində orijinal xarakterlər sistemi dayanırdı.
Qeyd etmək lazımdır ki, ənəvi süjetdən imtinadan sonra janr strukturunun inersiyası hələ də davam edirdi.
Mifologiyanın öyrənilməsinə maraq günümüzdə də azalmır. Mif yaradıcılığı insanlığın mədəni tarixinin yaranmasının vacib
hadisəsidir.
Dostları ilə paylaş: |