Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə547/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   543   544   545   546   547   548   549   550   ...   1149
 

 

MİRZƏ ƏLƏKBƏR SABİR VƏ İRAN KLASSİKİ HAFİZ ŞİRAZİ 

 

Ulduz QƏHRƏMANOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



chocolate575@mail.ru

 

 

“Hophopnamə” tərtibçilərinə görə  Sabirin Hafiz Şiraziyə bir nəzirəsi və bir təzmini var.  



1.Sabir Hafiz Şirazinin “Yusifi güm gəştə baz ayəd bə Kənan qəm məxur” misralı qəzəlinə “Mahi-Kənanın batıb, ey 

piri-Kənan, qəm yemə!” misralı satirasını (ilk dəfə “Molla Nəsrəddin” jurnalında 2 iyun, 1906, № 9-da imzasız ) nəzirə 

yazmışdır. Bu nəzirə bilavasitə Hafizin qəzəlinə deyil, o qəzəlin Məhəmməd Hadi tərəfindən orijinalı, istər Hadinin 

tərcüməsi, istərsə Sabirin əsəri eyni vəzn-fA'ilAtün  fA'ilAtün  fA'ilAtün  fA'ilün, yəni rəməl bəhrinin ikinci növü 

ölçüsündə, eyni qafiyə-“...an” qafiyəsi, eyni rədif-“qəm məxor-qəm yemə” rədifi üzərində qurulmuşdur. Şəkilcə isə Sabirin 

əsəri onlardan fərqlənir. Hafiz və Hadidə bu əsər qəzəl  şəklindədir. Sabir isə bunu dördlük şəklini müsəmmət növünə 

çevirmişdir. Kəmiyyətcə də orijinal və tərcümə iyirmi dörd misradan  ibarət ikən, Sabirin əsəri iyirmi misradan, yəni beş 

dördlükdən ibarətdir. Bunlar həmin əsərlərin forma cəhətidir. Lakin əsas məsələ bunların məzmunundadır.   

Hafizin  şeirində-Əli, Məhəmməd, Quran, Kəbə  xəyalı bir gələcəyə boş ümidlər!... Sabirin şeirində-binavalərə, 

yoxsullara, ac əməkçi insanlara acı xitablar və bəyə, xana, əyana qarşı tüfeyli güclülərə qarşı lənət, nifrət var. Ona görə də 

bu cür iki şeirdən biri digərinə nəzirə ola bilməz. Hələ Sabirin bu inqilabi əsərini 1948 və 1954-cü illərin “Hophopnamə” 

tərtibçiləri “Hafizin bir qəzəlinə nəzirədir” və “Bu şeir şairin ilk nəzirəsidir” kimi qiymətləndirilib. Ə.Cəfər bunu Sabirin ilk 

təhzili hesab edir. Goründüyü kimi, Hafizdə təsdiq mənasında olan “mahi-Kənanın gələr”, “beytülhəzanın bir gün gülüstan 

olar” fikri burada “mahi-Kənanın batıb” və “gülüstanın beyti-əhzan” olması fikri ilə  əvəz olunmuş, yəni tamamilə  tərs 

mənada öz bədii ifadəsini tapmışdır. Hər iki şeirin məqsədini aydınlaşdırmağa kömək edən “qəm yemə!” rədifinə gəlincə, 

demək lazımdır ki, bu da, əslinə baxsan, tərs mənada işlənmişdir.  Şair demək istəyir ki, ay yazıq sənin gülüstanın solub 

nalalər evinə çevrilmişdir. Bu, “qəm yemə!” deyil, “qəm ye” deməkdir. Satiranı bütünlükdə oxuduqca məlum olur ki, şair 

siyasi, lirik hisslərinin də bədii ifadəsini satira ilə birləşdirərək çox qiymətli bir əsər yazmışdır. Satirada “Sən zəlil ol, qoy 

güclü çəksin ləzzəti...” sözlərindəki kədəri, tərs mənanı, üsyançılığı duymamaq mümkün deyildir. 

2. Sabirin “Asudəlik bu saət yerdən göyə cəhanda” adlı satirası (ilk dəfə “Molla Nəsrəddin” jurnalında 25 aprel, 1910, 

№ 16-da “(.....)” imzasız ) nə təzmin, nə bənzətmə, nə nəzirə, nə də təhzildir. Nəzirə təhzildə əsas şeirin müəllifindən təzmin 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   543   544   545   546   547   548   549   550   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin