II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
310
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ola da, olmaya da bilər. Bir şair tamam müstəqil bir şeirinə başqa bir şairin əsərindən bir misra, bir beyt alıb sala bilər, öz
məqsədi üçün ondan istifadə edə bilər. Sabirin Hafizdən bu təzmini məhz bu səpgidə edilmişdir. Onun həmin şeiri Hafizin
şeirinə nə nəzirə, nə təhzil, hətta nə bənzətmədir. Bu iki əsər arasında bənzəyiş yalnız vəzn birliyindədir ki, təklikdə bunun
mahiyyət etibarı ilə heç bir əhəmiyyəti yoxdur. Hafizin əsəri 28 misra, Sabirin əsəri isə 59 misradan ibarətdir. Hafizin əsəri
qəzəl şəklində beytlər üzrə yaradılmış, Sabirin şeiri əsasən onluq bəndlər üzrə qurulmuş, mətləli-nəqəratlı onluq şəklində bir
əsərdir. Yalnız nəqərat Hafizin mətlədəki beytinin ikinci misrasıdır: Dərda ki, razi-pünhan xahəd şad aşikara! Hafizin bu
məşhur qəzəli Yaxın və Orta Şərqin əsatiri (ayineyi-Skəndər, cami-Cəm, mülki-Dara, Qarun və Gəda) ilə bənzədilmiş
dərvişanə, rindanə bir əsərdir. Bu əsərdə şair zahirən həyata ”laqeydlik fəlsəfəsi” gözü ilə baxır və dostlarla mürüvvət,
düşmənlərlə mədara yolu ilə gedir. Lakin Hafiz daxilən belə deyildir. Əsərin əsas motivini təşkil edən ilk beyt (mətlə)
böyük şairin ruhundakı faciəni öz məzmununda saxlamaqdadır. Sabirə də Hafizin bu əsərindən məhz bu beyt, xüsusən onun
ikinci misrası lazım olmuşdur. İrana dair mövzularından biri olan bu şeirdə Sabir Hafizin həmin əsərindən çox mənalı
surətdə istifadə etmişdir. Bu əsərin ikinci misrasını Sabir bərcəstə bir misra səviyyəsinə qaldıraraq, müasir İranın həqiqi
simasını təsvir etməkdə ona dramatik bir nida keyfiyyəti vermişdir. Bu iki böyük həmin əsərləri arasındakı rabitə yalnız bu
təzmin hüdudunda qalır. Hafiz öz qəzəli ilə XIV əsrin dərəsindən XX əsrin təpəsinə qaldırır.
Sabir isə İran ictimai gerçəkliyinin satirik mənzərəsini vermək məqsədilə başqa bir şeirini Hafiz Şirazinin qəzəlindən
bir beyt götürüb ondan öz məqsədinə uyğun şəkildə, bacarıqla istifadə edərək yazmışdır. Sabir Hafizdən götürdüyü beyti öz
şeirinin başlanğıcında olduğu kimi vermiş, sonra isə hər bəndin axırında “Aman ki, gizli sirrim olacaq indi aşikar” şəklində
olan ikinci misrasını işlətmişdir. Bu isə İran hakim dairələrinin ölkənin daxili siyasi-ictimai vəziyyətinin aşkar olmasından
bərk qorxuya düşdüklərini göstərmək və onları ifşa etmək məqsədi güdmüşdür.
Dostları ilə paylaş: |