II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
316
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Kitabın ön sözünün müəllifi Kamil Vəli Nərimanoğlu yazır: “ Fikrət Sadığın atmaca və zarafatları özü kimidir, iynəli,
tikanlı deyil, başqasına sataşmaq, toxunmaq məqsədindən də uzaqdır. Həyatın özü kimidir; kədəri də, sevinci də özündədir”.
Birinci bölməyə daxil olan “Xatirələr” hissəsində isə Fikrət Sadıq, əsas etibarilə, tələbəlik və ilk yaradıcılıq xatirələrini
qələmə almışdır.
Bəllidir ki, şair 1956-1961-ci illərdə indiki BDU-nun Filologiya fakültəsində təhsil almış və yaradıcılığa da, demək
olar ki, məhz bu illərdən başlamışdır.
“Hazırcavab”da verilən “Kəsə sözlər, miniatür şeirlər”ə şairin əvvəlki kitablarında da rast gəlmək olar. Bizə elə gəlir
ki, Fikrət Sadıq fikrini qısa və lakonik ifadə etmək üçün məhz bu başlıq altında topladığı şeirlərə daha çox müraciət edir.
Əslində Fikrət Sadığın bu cür şerilərindən təşkil olunmuş “Kəsə sözlər” adlı (Bakı: Mütərcim, 2010, 48 səh.) ayrıca bir
kitabı da var və 2010-cu ildə çap edilib. “Hazırcavab”da isə həm əvvəlki kitablarında çapa getmiş, həm də son dövrlərdə
yazdığı “Kəsə sözlər, miniatür şeirlər” daxil edilib. Əsas etibarilə, bir bənddən ibarət olan “Kəsə sözlər”də Fikrət Sadıq
əvvəlcə real gerçəklikləri açıb deyir, oxucunu düşünməyə vadar edir, son bir və ya iki misrada isə nəticə çıxarır, qənaətə
gəldiyi fikrini ifadə edir:
Kimi
əl çala-çala ucalır,
Kimi də
alçala-alçala ucalır.
Və ya:
Dünya qocaldıqca, azalır yaman,
Əfəndi adamlar, paşa adamlar.
Dünya qocaldıqca, çoxalır yaman,
Araqarışdıran maşa adamlar.
Fikrət Sadığın bu - “Hazırcavab” kitabı da digər əsərləri kimi geniş oxucu auditoriyasının diqqət və marağına səbəb
olmuşdu.
Dostları ilə paylaş: |