Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə540/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   536   537   538   539   540   541   542   543   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

306 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

müasirlik mövqeyindən çıxış etdiyini vurğulayır. Lakin tədqiqatçı dövrün ideoloji təhlil meyarları ilə «Dəli Kür»ü «ən yaxşı 

inqilabi-tarixi romanlarımızdan biri kimi» təqdim edir, bu baxımdan əsərin müasirliyini də ideya cəhəti ilə səciyyələndirir, 

onun yüksək bədii dəyərini də bununla əlaqələndirir ki, müasirliyin bu şəkildə izahı tənqiddə uzun illər davam edən zərərli 

bir tendensiyanın – müasirliyi zahiri əlamətlərlə, ideya, mövzu və s. xüsusiyyətlərlə izah etməyin nəticəsi idi.  

Dövrün ədəbi yeniliyi dəyərləndirmə meyarları əsərin mürəkkəb poetikasını açmağa, ideya-məzmun mündəricəsinin, 

sənətkarlıq xüsusiyyətlərinin mükəmməl izahına, tarixilik və müasirliyinin dürüst elmi mövqedən dəyərləndirilməsinə 

imkan vermirdi. Y.Qarayevin “Tənqid: problemlər, portretlər” adlı tədqiqat əsərində  yazdığı kimi, bu illərdə «Dəli Kür» 

kimi nəsr əsərini dərindən açan, «Dəli Kür»ü tənqiddə yenidən yaradan, onun həmhüquq «tənqid obrazı» olan məqaləmiz» 

hələ yazılmamışdı. 

1960-70-ci illərdə ədəbi tənqid «Dəli Kür»də müasirliyin izahında çox mühüm bir amili – əsərdə dolğun şəkildə öz 

əksini tapan millilik aspektini nəzərdən qaçırır, yaxud da məsələyə çox səthi yanaşır, bununla da əsərin  ədəbiyyatda 

müasirliyin tələblərinə  də  nə  dərəcədə cavab verməsini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Tənqid qismən 70-ci illərin 

sonu və 80-ci illərdə «Dəli Kür»ün millilik aspektinə münasibət bildirmişdir ki, bu münasibət daha çox romanın qəhrəman 

konsepsiyası ilə bağlı təhlillərdə yer almışdır. Tənqid «Dəli Kür»də «milli koloriti, sosial-əxlaqi mahiyyəti ilə canlandırılan 

mühit» və xarakterləri (A.Hüseynov) təhlilə  cəlb edir, əsərdə milli xarakterin «qəhrəmanın,  şəxsiyyətin simasında 

təmərküzləşərək» təqdim edildiyini (V.Yusifli) göstərir, milli təfəkkürün, milli ruhun, xalq həyatının «sədaqətli və real» 

bədii əksini romanın əbədiyaşarlığını təmin edən (M.Əliyev) başlıca keyfiyyət kimi dəyərləndirirdi. 

1990-2000-ci illərdə  tənqidin bədii təfəkkürdə milliliyə münasibətinin dərinləşməsi  İ.Şıxlının “Dəli Kür” romanının 

təhlilində də yeni fikirlərə, ədəbiyyatşünaslıq qənaətlərinə yol açır. Millilik burada əsərin əsas ideya məğzini tamamlayan, 

onun müasirliyini, zənginliyini və möhtəşəmliyini təmin edən dəyər kimi ədəbi-elmi düşüncədə yer alır. Tənqid bu 

mərhələdə millilik aspektinin əsərin müasirliyini şərtləndirən başlıca amil kimi izahına ciddi səy göstərir. Bu baxımdan 

T.Salamoğlunun «Dəli Kür»ün müasirliyini əsaslandıran nəzəri qənaəti daha məntiqəuyğundur. Tədqiqatçı romanın 

müasirliyini tarixi-milli varlığı estetik düşüncənin predmetinə çevirməsi,  əslində onu yaddaşa köçürüb ictimai düşüncəyə 

ötürməsi, ona yenidən yaşamaq hüququ verməsi kimi səciyyələndirir. T.Salamoğlu “Tarixi və çağdaş  ədəbi prosesə dair 

araşdırmalar”ında «Dəli Kür»ün müasirliyini şərtləndirən ən əlamətdar keyfiyyəti belə izah edir: «Məhz «Dəli Kür» vasitəsi 

ilə estetik şüurda özünə möhkəm yer edən və estetik şüurdan ictimai şüura keçən XIX əsrin milli varlığı (ideal varlıq 

şəklində) çağdaş milli varlıqla «dialoji» münasibətə girir, onda gedən deformasiyaları müşahidə edir, ona müqavimət 

göstərir.» 

1990-2000-ci illərdə müasir tənqid-təhlil meyarları ilə  dəyərləndirmə  əsərin nəzəri dərkinə imkan yaradır, onun 

yaradıcılıq məziyyətlərinin bütünlükdə elmi təhlili ilə  şərtlənir.  Əsərdə mühüm bir yaradıcılıq problemi kimi müasirliyin 

hansı  səviyyədə  bədii  əksini tapması da konkret cəhətlərlə izah edilir. T.Hüseynoğlu 90-cı illərin sonlarında yazdığı 

tədqiqatında «Dəli Kür»ü çağdaş elmi təfəkkürün tələbləri səviyyəsində dəyərləndirir, «əsərdə xalq taleyinin bədii inikası və 

xalq xarakterinin canlandırılmasında milliliklə sinfiliyin əlaqə  və  tənasübü məsələsinə  bədii estetik baxışın təzəliyi»ni 

müşahidə edir.   

Beləliklə, tənqid «Dəli Kür»də tarixi hadisələrə yeni baxış, yeni ifadə vasitələri ilə keçmişi daha zəngin çalarlarla 

canlandırmaq, tarixi gerçəkliyə müasirlik mövqeyindən yanaşmaq səyini yüksək dəyərləndirmişdir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   536   537   538   539   540   541   542   543   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin