II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
305
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
vermişdir” – o, Xaqani küçəsi, 25 ünvanında “yaşayır”, (bu, Azərbaycan Yazıçılar Birliyinin hal-hazırda yerləşdiyi binanın
ünvanıdır), ona müraciət edənlərlə əlaqə yaradır və s.
Demək olar ki, heç bir əsərdə Dronqo ləqəbli insanın əsil adı çəkilmir. İlk dövrlərdə onun zahiri görkəminə görə
cənublu olduğu, eləcə də italyanlara oxşarlığı qeyd edilir, eləcə də əvvəllər Dronqo, ayama kimi, dırnaqda yazılır, sonralar
ilə artıq onsuz da indiyə qədər naməlum qalan qəhrəmanın adı tamamilə unudulur və o hamı tərəfindən Dronqo kimi qəbul
edilir. Dronqonun həm Bakıda, həm də Moskvada eyni interyerə malik evi vardır. O, mühafizəkardır, mütaliəni çox sevir,
səyahət etməyi xoşlayır, adətən, müəyyən firmanın müəyyən geyim və aksessuarlarından istifadə edir. Peşəsi ilə əlaqədar
səfərlər etməli, vaxt itkisinə yol verməməkdən ötrü təyyarələrə minməli olur. Təyyarələrlə uçarkən bir neçə dəfə başına
hadisələr gəldiyinə görə, hava yollarından istifadə etməyi qətiyyən xoşlamır.
Dronqo həm yaxşı kəşfiyyatçıdır, həm də təhqiqatçıdır – ekspert-analitikdir. Aristokratik zümrələrdə onun nitqində,
davranışında artıq-əskik heç nə yoxdur, lakin məqamı gələndə, Dronqo cinayətkarlarla ünsiyyət zamanı oğru dilindən,
jarqonlardan da rahat və asanlıqla istifadə edə bilir. Qanunla yanında gəzdirməyə səlahiyyəti çatdığı silahdan, eləcə də
idmançı bədən quruluşu ilə bahəm əlbəyaxa döyüş fəndlərindən istifadə etməyi bacarsa da, fiziki zor işlətməkdən həmişə
uzaq qaçmağa çalışır. Lakin zəruri an gələndə silaha da, fiziki güc tətbiq etməyə də əl atır və hətta kimisə öldürməsi də
mümkündür. Janrın tələblərinə uyğun olaraq, o evlənmir. Amma illər sonra İtaliyanın kübar nəslinə mənsub gözəl bir
qadınla nikaha girir, hətta dünyaya övladları gəlir. Ailəsi başqa bir ölkədə yaşadığından, həyat yoldaşı və uşaqları ilə çox az-
az ünsiyyət yarada bilir. Lakin gözəlliyə laqeyd qalan insan deyildir, hər bir şəxsin zahiri görkəminə də estet sayağı qiymət
verir.
Insan psixologiyasına çox gözəl bələd olan, nəzər-diqqətindən heç bir detal yayınmayan, hadiəsələri düzgün
qiymətləndirən beynəlxalq səviyyədə tanına biləcək xəfiyyə obrazı təbii ki, qüsurlara da yol verir, amma bunlar janrın
tələblərinə uyğun olaraq o qədər də əhəmiyyətli yanlışlıqlar deyildir.
2002-ci ildə “Yaramazların dairəsi” trilogiyasına daxil olan “Yaramazların qanunu”, “Yaramazların kredosu”,
“Yaramazların vicdanı” əsərləri üzrə Rusiyanın NTV kanalının sifarişi ilə Çingiz Abdullayev, Ramil Yamalayevin və
Zinoviy Royzmanın ssenarisi əsasında sonuncunun rejissorluğu ilə 13 seriyalı “Dronqo” serialı çəkilmişdir. “Dronqo”
filmində Dronqo surətini İvar Kalnınş canlandırmışdır. Filmdə hadisələrin inkişafı “qırmızı siyahı”nın axtarışı üzrə gedir.
2003-cü ildə Çingiz Abdullayev və Yelena Karavayeşnikova ilə birgə ssenarisi üzrə Valeri Uskov və Vladimir
Krasnopolskinin rejissorluğu ilə yazıçının dörd əsəri – “Manyakın idrakı”, “İzinli sapma”, “Alçağın üslubu”, “Yekun
diaqnoz” (“Рассудок маньяка”, “Допустимая погрешность”, “Стиль подлеца”, “Окончательный диагноз”) – əsasında
on seriyalı “Lisenziyasız xəfiyyə” (“Сыщик без лицензии”) filmi çəkilmişdir. Burada isə Dronqo obrazı Dronov kimi
təqdim edilmişdir. Baş rolun ifaçısı Anatoli Rotatskidir.
Beləliklə, Çingiz Abdullayev 1988-ci ildə Dronqo obrazını yaratmaq və onu “yaşatmaq”la Azərbaycan ədəbiyyatına
dünyada məşhur olan canlı xəfiyyə obrazı gətirmişdir.
Dostları ilə paylaş: |