Microsoft Word Materiallar Full


ALMAS YILDIRIM YARADICILIĞINDA AZƏRBAYCAN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə532/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   528   529   530   531   532   533   534   535   ...   1149
ALMAS YILDIRIM YARADICILIĞINDA AZƏRBAYCAN 

 

Şəfəq Əlizadə 

Qafqaz Universiteti 



selizade@qu.edu.az 

 

Almas Yıldırım mühacirət  ədəbiyyatında öz dəst-xətti ilə seçilən  şairlərdən biridir. XX əsr Azərbaycan  ədəbiyyatı 



tariхinə Almas İldırım kimi daхil  оlmuş  şairin  əsil adı  Əbdülhəsəndir. Lakin uşaqlıqdan  оnu babasının adı ilə Almas 

çağırarmışlar.  Şеirlərini Almas İldırım imzasıyla dərc  еtdirdiyindən bu adla da tanınmış  və  məşhurlaşmışdır. Almas 

Yıldırımın yaradıcılığında azərbaycançılıq ideyalarının tərənnümü  əsas yer tutur. Öz yurdunu seven və bu sevgi üçün 

addım-addım izlənib Vətənindən didərgin salınmış  vətəndaş  şairin,  özünün ailəsinin başına müsibətlər gətirilməsi,  

ömrünün sonuna qədər qəriblikdə yaşayıb, dəfələrlə ölümlə üzləşməsi, vətən həsrətilə yanan ürəyinin odunu, alovunu 

şeirlərində əks etdirmişdir. Onun yaradıcılığı da eyni taleyi kimi  yarım esrə qədər öz millətindən  və oxucuların diqqətindən 

kənarda saxlanılmış varlığından xeber tutan olmamışdır. Bununla da Almas Yıldırım ikici bir qəribçiliyə məruz qalmışdır. 

Şair qurbətdə yaşamasına baxmayaraq öz məhrumiyyətlərini unudub Vətənin hər zaman qeydini çəkir, Azırbaycanın ağrı 

acılarını şerlərində dilləndirirdi.  

Hanı məni gül qoynunda doğuran, 

Xəmirimi göz yaşıyla yoğuran,,  

Beşiyimdə "layla balam" çağıran…  

Azərbaycan,mənim baxtsız anam oy…  

 Neçə ildir həsrətinlə yanam oy… 

Vətən həsrəti, qəribçilik duyğusu Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı  xəttini təşkil edir. Şairin 

Türkiyədəki yaşadığı müddət  ərzində  jurnal və  dərgilərdə  bəhs etdiyimiz motivlərdə  şeirləri nəşr etdirmişdir. Vətənini 

sevən milliyətçi  şair olaraq tanınmışdır. Yazdığı  şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, 

"Azərbaycan mahnıları" adlı kitabı da mövcuddur. 

Bu gün Azərbaycanda çox az adam tapılar ki, onun "Qara Dastan"ından, "Əsir Azərbaycanım"ından xəbəri olmasın.  

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   528   529   530   531   532   533   534   535   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin