Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə528/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   524   525   526   527   528   529   530   531   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

300 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

HEYDƏR ƏLİYEV İRSİNİN TƏBLİĞİNDƏ MİLLİ İNFORMASİYA NƏŞRLƏRİNİN ROLU 

 

Solmaz SADIQOVA 

Bakı Dövlət Universiteti 



solmaz_bdu@mail.ru 

 

          Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamında  deyildiyi kimi,  “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, 

vətəndaş  cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış  və elmin, təhsilin, mədəniyyətin inkişafı  əbədi surətdə 

Heydər  Əliyevin adı ilə bağlıdır.     Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və 

Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan 

mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.”   

       Ümummilli liderimiz Heydər Əliyevin irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür. Ulu öndərimiz Heydər 

Əliyevin zəngin və  hərtərəfli siyasi irsini özündə  cəmləşdirən kitabların, biblioqrafik vəsaitlərin hazırlanması böyük 

əhəmiyyət kəsb edir. 

 Milli informasiya nəşrlərinə birinci növbədə çap olunmuş ilkin sənədləri qeyd etmək lazımdır. Belə    ilkin 

mənbələrdən Ümummilli lider Heydər  Əliyevin “Müstəqilliyimiz  əbədidir” çoxcildliyinin  46 cildliyini  qeyd etmək 

lazımdır (1997-2013) . 

 Türkiyənin Dialoq-Avrasiya Platformunun “DA Yayıncılık” nəşriyyatı Hidayət Orucovun “Heydər  Əliyev və 

Azərbaycanda milli siyasət” kitabını türk dilində   nəşr etmişdir.       Türkdilli oxuculara ərməğan olunan kitab müəllifin 

“Ekiz qardaşıma” adlı ön sözü ilə açılır. Oxucuya xitab olan ilk sözdə Azərbaycan - Türkiyə münasibətlərinin milli-mənəvi 

kökləri xatırlanıb, “Azərbaycanın sevinci - sevincimiz, kədəri - kədərimizdir” deyən Atatürkün, “Biz bir millət, iki dövlətik” 

deyən Ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin bəzi aspektlərinə toxunulmuşdur. 

           Ümummilli  lider    Heydər  Əliyev irsinin biblioqrafiyalaşdırılması sahəsində mühüm işlər görülmüşdür. “Dünyanın 

görkəmli dövlət xadimləri” seriyasından olan “Heydər  Əliyev: Biblioqrafik məlumat kitabı” (2003) müstəqil Azərbaycan 

dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində misilsiz rolu olan Heydər  Əliyev irsinin biblioqrafiyalaşdırılması 

sahəsində atılan ilk addımdır.  

4 hissə, 8 bölmədə qruplaşdırılmış  mənbələr xronoloji ardıcıllıqla düzülmüşdür. Biblioqrafik məlumat kitabının 

“Heydər Əliyev haqqında ədəbiyyat” adlanan III hissəsində 8 yarımbölmənin verilməsi onun dəyərini daha da artırır. Bu 

bölmələr: “Böyük həyat yolundan səhifələr”, “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, “Azərbaycan sosial-

iqtisadi inkişafında Heydər Əliyev mərhələsi”, “Heydər Əliyev və Azərbaycan Respublikasının neft strategiyası”, “Heydər 

Əliyev irsində Azərbaycan dili və  ədəbiyyatı  məsələləri”, “Heydər  Əliyev və Azərbaycanda elm, təhsil, mədəniyyət və 

incəsənətin inkişafı”, “Azərbaycan ədəbiyyatında Heydər Əliyev surəti vəs. adlanır ki, bu da gənclərimizin mənəvi-əxlaqi 

və vətənpərvərlik tərbiyəsində, Heydər Əliyev irsinin öyrənilməsində əhəmiyyətini artırır. 

       “Heydər  Əliyev: Biblioqrafik məlumat kitabı”nın Azərbaycan, rus və ingilis dillərində elektron diski  də oxucuların 

istifadəsinə verilmişdir. 

Digər  biblioqrafik göstərici “Heydər  Əliyev və Azərbaycan elmi” adlanır. Biblioqrafik göstərici 2010-cu ildə ulu 

öndər Heydər  Əliyevin Azərbaycanda hakimiyyətə  gəlişinin 40 illiyinə  həsr olunmuşdur. Bu biblioqrafik göstəricinin 

məqsədi Azərbaycan elminin inkişafı sahəsində ümummilli liderin imzaladığı rəsmi sənədlər, elm xadimlərinə verdiyi fəxri 

adlar və mükafatlar, Azərbaycanın və dünyanın elm xadimlərinin Heydər Əliyev irsinə verdiyi qiymət, Azərbaycan elminin 

beynəlxalq əlaqələri, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Heydər Əliyev irsinin təbliği” 

şöbəsinin fonduna daxil olan sənəd və informasiya resursları haqqında oxuculara məlumat verməkdir. 

Ümummilli liderə həsr olunmuş  biblioqrafik mənbələrdən  biri də Heydər Əliyev fondunun fəaliyyətinin 5 illiyinə 

həsr olunmuşdur. Biblioqrafik vəsait  2009-cu ildə M.F.Axundov adına Milli Kitabxana tərəfindən çap edilmişdir.  

Qeyd etmək lazımdır ki,  Heydər  Əliyev Fondu 2004-cü ildə ulu öndərin siyasətini  əks etdirmək, yaratdığı milli 

dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılmışdır. Göstəricinin sonunda istifadəni 

asanlaşdırmaq üçün “Müəlliflərin əlifba göstəricisi”,”Sərlövhələrin əlifba göstəricisi”,”İstifadə olunmuş  qəzet və jurnalların 

siyahısı”adlı köməkçi göstəricilərin verilməsi onun informasiya potensialını  artırmışdır. 

.Ulu öndərə həsr olunmuş informasiya nəşrlərindən  “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I-IX  

cildlərinin köməkçi aparatı) (Qeydlər, mövzu coğrafi və şəxsi adlar göstəricisi) “ 2008 - ci ildə  çap olunmuşdur.Ümummilli 

lider, ulu öndər, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər  Əliyevin fəaliyyətini  əks etdirən 

“Müstəqilliyimiz  əbədidir” çoxcildliyi 1997-ci ildən nəşr olunmağa başlanmış  və  kitabın 46 cildi çapdan 

çıxmışdır.Respublika ictimaiyyətinin, müəllimlərin, dövlət qulluqçularının və tədqiqat aparan bütün aparıcı mütəxəssislərin 

bu kitaba olan böyük tələbatı  və marağı  nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F.Axundov 

adına Milli Kitabxana tərəfindən çoxcildliyin 1-9-cu cildlərinin (qeydlər,mövzu, şəxsi və coğrafi adlar göstəricisi) köməkçi 

göstəricisi tərtib edilmişdir. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   524   525   526   527   528   529   530   531   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin