II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
299
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
nail olur. Ölüm qarşısında insanın dəyişkənliyini biz hökmdar surətində görürük. Məzlumlara qan udduran, yüz minlərlə
insanın məhvinə fərman verən hökmdar ölümün qarşısında acizdir və onun yazıq bir məxluqa çevrilməsinin şahidi oluruq.
Onun gözlərinin beş yaşlı uşağın gözlərinə bənzəməsi də təsadüfi deyil, insan kimliyindən asılı olmayaraq insandır və o, son
anda-ölüm ayağında ilkinliyinə qayıdır. Nəhayət bir növ insanların günahlarını ölçən mizan-tərəzi rolunu oynayan Baba
Kahanın lənətinə tuş gəlir.
Əsərdə ölüm qorxusunu Zülfiqar kişi surətində də müşahidə edirik. Ona ölümü qorxulu edən vicdan hissi idi.
Salahovun təkidi ilə Sarıca oğlu Məhəmmədi yalvarışlarına məhəl qoymayaraq öldürmüş və iki balasının da məhvinə səbəb
olmuşdur. Zülfiqar kişi surətini müşahidə edərkən görürük ki, insan ölümə yaxınlaşdıqca geriyə daha çox baxmağa başlayır.
İnsanın ömür boyu etdiyi səhvləri, günahları və səvabları ölümqabağı ona dünən kimi daha yaxın olur. Zülfiqar kişi də bu
duyğuları keçirirdi, peşmançılıq hissləri onu rahat qoymurdu. Yazıçı ölümqabağı insan psixologiyasını, mənəvi və daxili
aləmini əsər boyu aydın əks etdirmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, insan həyatı anlamağa başlayanda həyat
qurtarır. Necə ki, həkim Mahmudun tatar Temiri anladığı bir anda, artıq dünyaya başqa nəzərlə baxmağa başladığı bir anda
onun da həyatı qurtarır. Eləcə də xəstəliyə tutulmuş adam. O, uzun bir vaxdır ki, düşüncələrindəki bağlı qapıları açmağa
çalışır. “Xəstə, neyçinsə, yerindən tərpənmək istəmədi, düz həyətin ortasında tikilmiş taxda ayaqyoluna baxa-baxa qaldı:
ayaqyolunun da qapısı kip bağlı idi və xəstəyə elə gəldi ki, o, nə üzbəüzdəki qapını, nə də arxasındakı qapını daha aça
bilməyəcək. Lap üşüdü və elə həmin anda da, hardasa başında isti bir qapı açıldı: xəstənin gözləri doldu, çünki bu açılan
qapı beynindəki kilidli qapılardan birisiydi- taxta ayaq yolunun qabağında pişik boyda bir siçovul dayanıb xəstəyə baxırdı.
Xəstə Kirlikiri tanıdı. İnanan inansın, inanmayan inanmasın...” Əsərdə görürük ki, insanın özünüdərki onu ədalətsizliyin
düşməni, düzlüyün mizan-tərəzisi olan Baba Kahaya qovuşdurur.Xəstənin də gözlərində iki ulduz parıldadı və Baba Kahaya
doğru üz tutdu.
Dostları ilə paylaş: |