AZƏRBAYCAN TƏNQİDİNİN İNKİŞAFINDA İNTERNETİN,
QƏZET VƏ JURNALLARIN ROLU
Sərvər SƏFƏROV
Bakı Slavyan Universiteti
seferov.server@mail.ru
Hər bir dövrün ədəbi tənqidinin öyrənilməsi tədqiqatçılar üçün hər zaman aktual mövzu olmuşdur. Yeni dövr ədəbi
tənqidimiz ədəbiyyatımızın inkişafında çox mühim işlər görmüşdür. Qəzet və jurnallarda dərc olunan məqalələrlə bərabər
internetin də inkişaf etməsi, ədəbi əsərlərin elektron variantlarının yaradılması tənqidin yeni bir mərhələyə qədəm
qoymasına gətirib çıxarmışdır. Yeni dövrdə fəaliyyət göstərən ədəbi qəzet və jurnallar, bəzi ədəbi saytlar və burada
yerləşdirilmiş tənqidi məqalələr tənqidimizin inkişafına öz tövhəsini vermişdir. Bu baxımdan yeni dövr Azərbaycan
tənqidinin ətraflı öyrənilməsi böyük əhəmiyyətə malikdir.
Yeni dövr tənqidimizin inkişafında “Azərbaycan”, “Ulduz”, “Körpü” jurnallarının, “Ədəbiyyat” və “525-ci” qəzetlərin
də rolu böyükdür. 1923 ilden neşr olunan “Azerbaycan” jurnalı bir bölməsini xüsusilə tənqidə ayırmışdır Burada bir çox
görkəmli tənqidçilərin məqalələri müntəzəm olaraq dərc olunur. “Ulduz” jurnalıda öz saylarında tənqidə xüsusi diqqət
yetirir. “Ədəbiyyat” və “525-ci” qəzetlər də ədəbi fəaliyyəti ilə adı çəkilən jurnallardan geri də qalmır.
Yeni dövr Azərbaycan tənqidindən danışan zaman onu da qeyd etmək lazımdır ki ilk tənqidi jurnal olan “Körpü”
jurnalının nəşri tənqidin dahada da canlanmasına səbəb olmuşdur. Bu jurnalın nəşrindən bir müddətdən sonra Tehran
Əlişanoğlunun redaktorluğu ilə ilk elektron jurnal “tənqid.net” yaradıldı.
Internetin inkişafı əsərlərin elektron variantlarının yaradılması tənqidində internetə nüfuz etməsinə gətirib çıxarmışdır.
Əvvəllər sadecə çap şəklində çıxan jurnalların, qəzetlərin həm də sayt şəklində fəaliyyət göstərməsi və bundan başqa
mədəni-ədəbi saytların yaradılması tənqidimizə təkan vermişdir. Bu cür saytlar içərisində “kulis.az” və “kult.az” daha çox
diqqəti cəlb edir. Xüsusile “kulis.az” da maraq doğuran polimik məqalələr və ədəbi müzakirələr tənqidin inkişafindan xəbər
verir. Burada həm profossional tənqidçilərin, həm də gənc tənqidçilərin məqalələri müntəzəm olaraq yayımlanır.
Biz yeni əsərlər işıq üzü görən kimi internetdə onun haqqinda tənqidi məqalələri asanliqla əldə edə bilərik. Buda
tenqidin inkişafına müsbət təsir göstərir. İnternetdə hər bir əsər haqqında çoxlu məqalələr tapmaq olur ki, buda öz
növbəsində oxucu tənqidini də formalaşdırır.
|