Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə522/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   518   519   520   521   522   523   524   525   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

297 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

cür fədakarlıq etməyə hazırdır. Səfər üçün lazım olan bütün ehtiyaclarını da dövlətindən heç nə ummadan, şəxsi vəsaiti 

hesabına ödəməyi öz öhdəsinə götürür. O, Ş.İ.Xətai obrazının bədii təsvirini verərkən onun özünün hansısa bir qəhrəmanla 

olan mükaliməsi ilə deyil, hekayədəki digər obrazların arasında olan dialoqlar vasitəsilə onun barəsində təsəvvür yaratmağa 

çalışmışdır. Onların arasındakı dialoqlar obrazların mənəvi dünyasını dərk etməyə yardım göstərir. Bu dialoqdan Muhsin 

Çələbinin qorxmaz, cəsarətli, vətənini sevən bir insan olması ortaya çıxırsa,  həm də  Şah  İsmayıl obrazı haqqında da 

yazıçının düşüncələri ortaya qoyulur. Belə ki, Muhsin Çələbi  Şahın hüzuruna pembe incili kaftanı geyinmək üçün bütün 

varidatından keçir. Muhsin Çələbinin  Şah  İsmayılla görüşə xüsusi hazırlaşması, həm də  Xətainin qüdrətli bir hökmdar 

olmasını göstərir. Sədrəzəm Muhsin Çələbiyə müflis olacağını deyəndə o, “devletten hep alınmaz ya.. bir az da verilir!”- 

deyə, cavab verir. Bir türk üçün vətənə, dövlətə olan sevgisi hər cür var-dövlətdən üstündür. 

Dialoqlar, yalnız, bir neçə  nəfərin üz-üzə oturub apardığı adi söhbət və mükalimə deyildir, həm də  bədii ifadə 

vasitəsidir, daha doğrusu, insan mənəviyyatının mürəkkəb, çoxçalarlı hiss  və duyğularının tərcümanı, real, əyani  əks-

sədasıdır. Hekayədə Muhsin Çələbi Şah sarayına gəlir, məktubu verdikdən sonra oturmağa yer olmadığını görür. Düşünür 

ki, onu bilərəkdən ayaqüstə saxlatmaqla təmsil etdiyi dövləti də aşağılamaq istəyirlər. Bundan sonra o, pembe incili kaftanı 

yerə sərir və onun üzərində əyləşir. Sarayı tərk edib gedəndə Şahın xidmətçiləri ona kaftanını unutduğunu deyəndə o, belə 

cavab verir: “–Hayır, unutmuyorum. Onu size bırakıyorum. Sarayınızda büyük bir padişah elçisini oturtacak seccadeniz, 

şilteniz yok. Hem bir türk, yere serdiyi şeyi bir daha arkasına koymaz...” 

Dialoqdan aydın olur ki, Muhsin Çələbi bir elçi kimi nə  qədər cəsurdursa,  Ş.İ.Xətai də bir hökmdar kimi o qədər 

qüdrətlidir.  Əgər  əsərin  əvvəlində  Şahın hüzuruna gələn elçilərin müxtəlif  şəkildə öldürüldüyü qeyd olunursa, hekayənin 

sonunda bunun tam əksini görürük. Muhsin Çələbinin sədrəzəmə dediyi sözlərdən aydın olur ki, zamanın bir çox hakimləri 

öz mövqelərinə yaltaqlıq etməklə, əl-ayaq öpməklə yüksəliblər. Qarşılarında mərt, doğru adam görəndə onu məhv etməyə 

çalışıblar. Ancaq Ş.İ.Xətai belə  şahlardan deyil. O, Muhsin Çələbinin mərd, cəsur olduğunu görür və onu öldürmür. 

Ş.İ.Xətai mərd olduğu üçün mərdi də qiymətləndirir və onun mənsub olduğu dövlətə sevgisini dəyərləndirir. Qarşısına çıxan 

cəsur elçini öldürməyi öz şahlıq adına yaraşdırmır.   

 

 

 



 

 

 



 

Tarixi şəxsiyyətin bədii təsvirini yaradarkən Ö.Seyfəddin qüdrətli bir sənətkar kimi dialoqlardan çox ustalıqla istifadə 

etmişdir. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   518   519   520   521   522   523   524   525   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin