TARİXİ ŞƏXSİYYƏTİN BƏDİİ TƏSVİRİNDƏ DİALOQ
(Ö.SEYFƏDDİNİN “PEMBE İNCİLİ KAFTAN” HEKAYƏSİ ƏSASINDA )
Səməni ABBASOVA
Bakı Dövlət Universiteti
sem_ava@mail.ru
Hər bir əsərdə qəhrəmanın daxili dünyasının, mənəvi aləminin təsvirində yazıçı müxtəlif üsullardan istifadə edir.
Dialoq da bu üsullardan biridir. Türkiyə ədəbiyyatında hekayə ustası kimi tanınan Ö.Seyfəddin də öz hekayələrində
qəhrəmanlarının daxili dünyasını təsvir etmək üçün dialoqlardan da istifadə etmişdir. Onun “Pembe İncili Kaftan”
hekayəsində də dialoqlardansəmərəli şəkildə istifadə olunmuşdur. İlk öncə onu qeyd edək ki, bu hekayədə Ö.Seyfəddin
görkəmli Azərbaycan dövlət xadimi və şairi Ş.İ.Xətainin bədii obrazını yaratmışdır.
Onu da vurğulamağa ehtiyac vardır ki, Türkiyə ədəbiyyatında Ş.İ.Xətaiyə qarşı münasibət birmənalı deyil. Yaradıcılığı
boyu daim türkçülüyü təbliğ edən, türkçülük hərəkatının önündə gedən simalardan biri olan Ö.Seyfəddinin hekayəsində Şah
İsmayıl qəddar, hiyləgər, despot, insan əti yeyən, Allahdan qorxusu olmayan bir obraz kimi təsvir olunur. Şahın sarayına
məktub göndərmək üçün cəsur bir elçi axtarılır. Çünki Şah onun sarayına gələn elçiləri müxtəlif formalarda qətlə yetirirmiş.
Buna görə də Şahın qarşısında qorxudan əyilməyən, vətənini, dövlətini şəxsi mənafeyindən üstün tutan bir elçi tələb olunur.
Bu şəxs Muhsin Çələbi olur. Dialoqların təşkilində obrazlar aləmi, zaman və məkan mühüm rol oynayır. Obrazların savadı,
intellektual səviyyəsi, dünyagörüşü, əqidəsi və s. daha doğrusu, surətin şəxsi, insani keyfiyyətləri, digər tərəfdən, onların
sosial vəziyyətləri və s. əsas amilə çevrilir. Bu baxımdan Muhsin Çələbi ilə sədrəzəm arasında olan dialoq səciyyəvidir.
Muhsin Çələbi təbiətcə mərd bir insandır. O, heç vaxt dövlət qulluğuna girməmiş və heç kəsin qarşısında baş əyməmişdir.
Lakin Səfəvi sarayına göndəriləcək elçi dövləti üçün ölümdən qorxmayan biri olmalı idi. Muhsin Çələbi dövləti üçün hər
|