II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
285
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
həcmində səməni əksələr, onun oğlu olacaq. Bunun üçün isə qabla onun başını ölçmək lazımdır. Qabı vəzirin başına
keçirirlər və bu arada Teymur ağa otaqdan qaçır. Onun komediyalarının final hissəsi də öz orijinallığı ilə diqqəti cəlb edir.
Ədibin iki komediyasının sonunda çar məmurları ədaləti bərpa edir. Tədqiqatçıların fikrincə, bu sonluq onun çar
məmurlarından, senzuradan qorunmaq istəməsi ilə bağlıdır. Məncə, Axundov belə bir finalı satirik gülüş üçün seçmişdi.
Çünki XIX əsr çar məmurlarını belə ədalətli təsvir etmək həmin dövr üçün qeyri-realdır. Dahi şəxsiyyət olan Axundov isə
realist prinsiplərə əsaslanırdı və belə bir final yalnız onun satirik tənqidi ola bilərdi. Onun dramaturgiyasında gülüşün gücü
həyatilikdə, surətlərin həyatın özündən doğmasındadır.
7. Axundovun komediyaları sonrakı nəslə güclü təsir etmişdir. Onun “Hekayəti-molla İbrahimxəlil kimyagər”
komediyasının təsiri C.Məmmədquluzadənin “Ölülər” əsərində hiss olunmaqdadır. “Sərgüzəşti-mərdi-xəsis” komediyasının
izlərini Ə.Haqverdiyevin “Hacı Daşdəmir” adlı pyesində, S.S.Axundovun “Tamahkar” əsərində görürük. “Hekayəti-müsyo
Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur” komediyasının motivlərinə N.Vəzirovun “Daldan atılan daş
topuğa dəyər”, Haşımbəy Vəzirovun “Evlənmək su içmək deyil” komediyasında rast gəlinir. “Hekayəti-xırs quldurbasan”
və “Sərgüzəşti-mərdi-xəsis” əsərinin izlərini Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsərində görmək mümkündür. Hər üç
pyesin sonunda çar hökumət orqanlarının işə qarışması ilə ədalət qələbə çalır. “Hekayəti-xırs quldurbasan” əsərində qadın
hüquqsuzluğu, qızları sevmədiyi adama zor ilə ərə vermək kimi eybəcər adətlər kəskin surətdə pislənir ki, həmin motivə
“Vəfalı Səriyyə” əsərində rast gəlmək olar.
Azərbaycan ədəbiyyatının yaranması və çiçəklənməsində M.F.Axundovun komediyalarının böyük əhəmiyyəti
olmuşdur. Onun komediyaları sadə xalq həyatını təsvir etməklə yanaşı, milli mənlik şüurunun inkişafında mühüm rol
oynayır.
Dostları ilə paylaş: |