II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
282
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TARİXİ YADDAŞ PROBLEMİNİN MİLLİ NƏSRDƏ ƏKSİ MƏSƏLƏLƏRİ
(M.SÜLEYMANLININ "ERMƏNİ ADINDAKI HƏRFLƏR" ROMANI ƏSASINDA)
Nigar ASLANOVA
Azərbaycan Müəllimlər İnstitutu
a.q.nigar@gmail.com
Bütün dövrlərdə olduğu kimi, çağdaş Azərbaycan nəsrində də yaxın və uzaq tarixi keçmişin təsviri məsələsi öz
aktuallığını saxlayaraq yazıçı qələminin əvəzolunmaz məhsulu kimi başlıca mövzu olaraq qalmaqdadır. Sözügedən
mövzunun müstəqillik illərindən sonra xüsusilə daha qabarıq şəkildə yaradıcılıq müstəvisinə çıxarılması heç də təsadüfi
deyildir. Belə ki, ədəbi mühitdə dövlətçilik ideologiyasının təbliği probleminin prioritet mövzuya çevrilməsi, müstəqillikdən
əvvəlki ikili münasibəti, sovet ideologiyasının diqtəsini alt-üst etməyə zəmin yaradaraq qələm əhlinin qarşısına geniş
imkanlar çıxarır.
Yaratdığı nəsr nümunələrində tarixin silinməz səhifələrini, xalqımızın başına gətirilən müsibətləri qələmə alan, ədəbi
mühitə 70-ci illərdə qədəm qoyan Mövlud Süleymanlı tarixi-etnoqrafik dəyərlərin təbliğatçısı kimi yadda qalmaqdadır.
M.Süleymanlının "Erməni adındakı hərflər" romanında 1988-ci il – Qarabağ müharibəsinin başlanmasına qədərki dövr,
yaşanmaqda olan erməni-azərbaycanlı münaqişəsi, bu münaqişənin doğurduğu təbəllüatlar geniş təfərrüatı ilə təsvir olunur.
Haqlı olaraq oxucu marağına tuş gələn, təzad doğuran əsərin adının ədib tərəfindən erməni qadınının nitqindən götürülərək
verilməsi bu sənət nümunəsinin qayəsini, təsir gücünü, onun bədii-estetik siqlətini artırır. Müəllif kimya müəllimi, radikal
erməni millətçisi Siranuşun “Mənim oğlum da, uşağım da erməni xalqıdır, bu xalq varsa, neynirəm oğlu-uşağı! Erməni
adındakı hərflərin min qat sayı qədərində hamı ölüb-dirilməlidi ki, Ermənistan yaşasın” deməsi ilə bu mənfur xalqın
böyükdən kiçiyə bir amal uğrunda var gücü ilə çalışması, nəyin bahasına olursa-olsun bu "müqəddəs" məqsəd uğrunda hər
cür nadanlığa hazır olmasını göstərməklə bizləri, yatmışları oyatmağa, ətalətdən çıxmağa sövq edir.
Azərbaycançılıq məfkurəsinin, türkçülük ideyalarının təbliğ olunduğu əsərdə indiki Ermənistan (Qərbi Azərbaycan)
adlanan ərazilərimizin, coğrafi məkanlarımızın, yer adlarının təsvirinə geniş yer ayrılır. Müəllif milli soykökün dərin
qatlarına enərək manevr etməsi, qədim torpaqların tarixindən, etimologiyasından söz açır, mədəni-etnik şüurun bütövlüyünə
sadiqliyi yazıçı təxəyyülünün süzgəcindən keçirir.
Əsərdə türkün böyüklüyü məsələsi, milli türkçülük ənənələri, türk xarakteri mənfur erməni xislətinə, erməni
ideolgiyasına qarşı qoyulur. Erməni bəşəriyyətin mövcudluğu boyu türkün böyüklüyü qarşısında daim aciz qalmış və bu
danılmaz həqiqət yaddaşlara nüfuz etmişdir. Bu böyüklük özünü həmin mənfur xalqın pislik, naqislik elədiyi və bunun
ədalətli qarşılığı olaraq adekvat münasibət görməli olduğu halda, əksinə, yaxşılıqla qarşılanmasında göstərir.
Romanda İmirxanlı, Uğurlu, Qarakəlləoğlu, Dəmir kişi, Arıq, Aşıq Ayvaz, Balacahunlu, Acaryan, Ulubabayan
Simukyan Şaliko Simukyan Şaliko və s. bu kimi obrazlar silsiləsi əsərin əsas ideyasının açılmasında aparıcı rol oynayır.
Əsərdə təsvir olunan hadisə və obraz bolluğu vasitəsilə erməni ideolgiyasının mahiyyətinə baş vurulur, bütün
eybəcərliyi ilə qarşımıza çıxır. Yazıçı İmirxanlı obrazını yaratmaqla özünün düşüncələrini, hisslərini, yaşadıqlarını oxucuya
çatdırır, erməninin bir addım türkdən irəli olmasına belə izah verir: “...Erməni nə aran adamına oxşayır, nə dağ adamına,
...oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır.
Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanıyır"...
İstər akademik Ulubabyan, istərsə də dəriyığan Aped, bazarkom Civan, Şaliko Sumikyan, Siranuş, Seda Sevortyan,
Mkrtıç Ulubabyan kimiləri fərqli insanlar olmasına baxmayaraq, onları birləşdirən türkün böyüklüyünü içlərində qəbul
etmələri, bunu büruzə vermədən ona qarşı hamıda nifrət hissinin aşılanması, “Hayastan” adlı vətən qurmaq arzusu, separatçı
erməni ideyalarının təbligidir.
Əsərdə folklor poetikasına, etnoqrafik elementlərin təsvirinə də geniş yer ayrılmışdır. Bu baxımdan "Telək oyunu"n
təsviri diqqəti cəlb edir. Papağın quzuya dönməsi, balası ölən qoyunun onu quzusu kimi qəbul etməsi hamını təəcübləndirir,
buna şübhə ilə yanaşanların da fikrini dəyişdirir, insanları buna inanmaga vadar edir.
Milli yaddaş probleminin istər nəsr, istər poeziya, istərsə də dramaturgiya sahəsində təsviri Mövlud Süleymanlı ilə
yanaşı, digər qələm sahiblərinin yaratdıgı və bundan neçə on illər sonra belə yazacaqları sənət əsərlərinin başlıca mövzusu
olaraq qalacaqdır. Əsər milli özünüdərk, milli kimliyimiz, yaxın və uzaq tarixi keçmişimizi unutmamağa, mənfur erməni
ideolgiyasının əsl niyyətini qarşıya qoyur, düşmənçilik, qəddarlıq toxumları ilə yetişən bir millətin cılızlığını göstərir,
gələcəyə sayıqlığı təlqin edir, yatmış yaddaşlara işıq salmağa çağırır.
Dostları ilə paylaş: