Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə489/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   485   486   487   488   489   490   491   492   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

280 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Mənsur şeirin adının və janr xüsusiyyətlərinin qarışıq salınması barədə daha çox misallar güstərmək olar. Lakin bilmək 

lazımdır ki, bu janrda vəzn və qafiyə istisna olmaqla lirik şeirin bütün elementləri gözlənilir. Elə olur ki, mənsur şeir ən çox 

üslubi xüsusiyyətləri ilə seçilir fərqlənir. Poetik çalarlığı  və ahəngdarlığı ilə özünün yüksək emosianallığı poeziya üçün 

xarakterik olan obrazlar, motivlər və ideyalar dairəsi ilə əsl lirik əsərlərlə bir səviyyədə dayanır. Bütün bunlar isə yuxarıda 

deyildiyi kimi nəsrə aid olmayıb lirik şeirin ifadə xüsusiyyətlərini özündə cəmləşdirir. 

Mənsur  şeir və onun xüsusiyyətləri barədə görkəmli rus ədəbiyyatşünası A.Kvyatkovskinin də maraqlı mülahizələri 

vardır. O yazır: Mənsur şeir sərbəst, dismetrik ( ölçülü olmayan ölçüsüz S.N) şeirlə nəsr arasında orta aralıq bədii formanı 

təmsil edir, daha doğrusu bu məzmunca mənzum və formaca mənsur əsərdir. Onun əksi kimi məzmunca mənsur formaca 

mənzum –sözün qısası  şeirlə yazılmış  nəsrə  də  təsadüf olunur. Fraqment ədəbiyyatın bir sıra növləri mənsur  şeirə yaxın 

mövqe tutur. Mənsur şeir çətin ədəbi janrdır. 

Mərhum tənqidçimiz filolohgiya elmləri namizədi Sokrat Mmusayev G.Hüseynoğlunun yaradıcılığından bəhs edən 

‘’Mənsur  şeir ustası’’ məqaləsində alimin yuxarıda stat gətirdiyimiz bəzi mülahizələri ilə haqlı olaraq razılaşmadığını 

bildirmişdir. 

Mənsur şeirin bir janr kimi özünün qayda qanunları başqa janrlardan ciddi fərqi vardır. Bəzi alimlər mənsur şeiri şeirlə 

nəsr arasında keçid mərhələsi hesab edirlər. Mənsur  şeiri məzmununa görə poetik formasına görə  nəsr adlandıran 

A.Kvyatkovskinin firkini doğru hesab etmək olmaz. Hər hansı bir janrın forma və  məzmunu  bir birinə uyğun gəlməsə 

orada həqiqi sənət əsəri yoxdur- deyir. 

Şübhəsiz bu sözlərdə  həqiqət vardır. Lakin həyat heç də istisnasız deyildir. Bu cəhətdən A.Kvyatkovskinin də 

fikirlərini inkar etmək olmur. Çünki məsnur şeirin necə deyərlər adı üstündədir. Birinci tərəfi mənsur nəsri ikinci tərəfi şeir 

poeziyanı xatırladır. 

Filologiya elmləri doktoru professor Abdulla Abbasov G.Hüseynoğlunun yaradıcılığına ayrı - ayrı kitablarına həsr 

etdiyi məqalələrində ədibin mənsur şeirləri barədə də maraqlı fikirlər söyləmişdir. Həmin məqalələrdə biz onun bu janırın 

xüsusiyyətləri və zərifliyini həssaslıqla duyduğunun şahidi oluruq. Professor A.Abbasov ədibin anadan olmasının 60-illiyinə 

hısr etdiyi ‘’Bir ömrün çıraqları’’ məqaləsində yazır: 

Miniatür nəsrin bu sahəsi sənətkardan dəqiqlik hadisələrə  və  həyata aydın həssas münasibət sözə xüsusi tələbkarlıq 

onun bütün poetik imkanlarından məharətlə istifadə etmək eyni zamanda mənsur şeirlə bağlı olan digər janrlara – poeziyaya 

estetikaya musiqiyə bələdlik tələb edir. Çünki məsnur şeirin özünəməxsus janr xüsusiyyətləri tələb və imkanları ifadə tərzi 

var. Sinkretik xarakter daşıyan bu janrda hətta dramatik ədəbiyyatın da elementləri qorunub saxlanılır. Az söz böyük 

mənalar tələb edən mənsur  şeirdə ifadə  və birləşmələrin özünün daxili bir ritmi ahəngi bölgüsü lirizmi hətta 

melodramatizmi olur. Daha çox hiss və duyğularla  bağlı olan lirik mən ön plana çəkilir. 

Alimin dediklərində müəyyən həqiqətlər dı vardır.Lakin burada bir nüans var ki bunu qeyd etmək yerinə düşər. Belə ki 

məqalədə miniatür nısrin bir sahəsi kimi deyil müstəqil ədəbi janr kimi xarakterizə olunsaydı daha münasib olardı. Miniatür 

nəsr nəğməni xatırlatmır. Halbuki müəllif professor İnayət Bəktaşi ilə birlikdə yazdığı ‘’Həyat nəğmələri’’ məqaləsində 

mənsur şeiri bədii ruhi təsiri ilə gözəl bir nəğməni xatırladan ədəbi janr adlandırır. 

Bu cür məqalələrda olan xırda qüsurlar mənsur  şeir haqqında samballı  və  dəqiq elmi nəzəri fikrin deyilməməsi ilə 

bağlıdır.  

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin