AZƏRBAYCAN FOLKLORŞÜNASLIĞINDA
UŞAQ FOLKLORUNUN TƏDQİQİ PROBLEMİ
Nigar AĞAYEVA
AMEA, Folklor İnstitutu
nagayeva@qu.edu.az
“Uşaq folkloru” (İngilis dilində childrens folklore, childrens tradition, alman dilində kinderfolklore, rus dilində detskiy
folklor) – həm böyüklərin uşaqlar üçün yaratdığı, həm də uşaqların öz aralarında yaradıb nəsildən–nəslə ötürdüyü, uşaqların
həmyaşıdları ilə əyləncə, oyun və əlaqəli fəaliyyətlərinin müntəzəm şəkildə baş verdiyi prossesdir.
XIX əsrdə vüsət alan dünya folklorşünaslıq tarixində Yakob və Vilhelm Qrimm qardaşlarının fəaliyyətləri sonrakı
mərhələdə folklor məsələləri içərisində uşaq folklorunun müstəqilləşməsinə yol açdı. Bu prossesdə təbii ki, uşaqlar üçün
tərtib olunan kitablar böyük rol oynadı. Uşaq folkloru ifadəsi rusiyada XIX əsrin ortalarında işlədilsə də, rus elmi
folklorşünaslığında 1926-cı ildə rus tədqiqatçısı Q.S.Vinoqradov tərəfindən elmi münasibət bildirilmiş, elmi-nəzəri
əsaslandırılması isə O.İ.Kapitsa tərəfindən aparılmışdır. Azərbaycanda isə bu terminin işlənməsinə Ə. Qarabağlının 1961-ci
ildə çap olunmuş “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi” adlı kitabında, eləcə də 1968-ci il tarixində çap olunmuş
“Azərbaycan ədəbiyyatının tədrisi metodikası” adlı dərsliyinin “Məktəbdə şifahi xalq ədəbiyyatının tədrisi” nə həsr olunmuş
bölümündə əhatəli şəkildə rast gəlinir. Əlbəttə Azərbaycan uşaq folklorunun toplanması və tədqiqi tarixi bu tarixlərdən çox-
çox əvvəllərə aiddir. XIX son rübündən üzü bəri uşaq folklorunun toplanmasını və tədqiqi ilə məşğul olunur. Belə ki, XIX
əsrin sonu XX əsrin əvvəllərində yaranan yeni tipli ilk Azərbaycan tədris kitablarında (“Vətən dili”, “Uşaq aləmi”, “Uşaq
bağçası”, “Bəsirətül-ətfal”, “İkinci il”, “Balalara hədiyyə”, “Uşaq gözlüyü” və s.) biz uşaq folklorunun geniş yer tutduğunu
görürük.
Azərbaycan folklorşünaslığında uşaq folkloruna aid fəaliyyətləri üç mərhələdə qruplaşdırmaq olar:
Birinci mərhələnin başlanğıcı kimi XIX ortalarını götürmək olar ki, bu mərhələ XIX əsrin ilk yarısından (M.Ş.Vazeh
və S.Ə.Şirvaninin tərtib etdikləri tədris vəasaitləri) - 1920-ci illər arasını əhatə edir. Bu tarixdə uşaq folkloruna aid
nümunələrə yuxarıda qeyd olunan Azərbaycan tədris kitablarında verilən nümunələr, SMOMPK məcmuəsində eləcə də
uşaq mətbuatının (“Məktəb”, “Dəbistan” və s. jurnallar) səhifələrində rast gəlinir.
İkinci mərhələ kimi sovet dövründə aparılmış elmi tədqiqat işləridir.Bu zaman kəsmində uşaq folkloru ilə əlaqəli
araşdırmalar geniş vüsət almış, elmi-nəzəri əsaslandırılması aparılmışdır. Bu dövrdə Y.V.Çəmənzəminli, V.Xuluflu,
H.Zeynallı, Ə.Qarabağlı, M.H.Təhmasib, Ə.Axundov, V.Vəliyev. P.Əfəndiyev, A.Nəbiyev həm toplama işi görmüş, həm də
|