II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
279
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
toplanmış nümunələr əsasında folklorun bu sahəsinə aid sanballı elmi əsərlər yazmışlar. Bu mərhələnin son illərində - 1988-
ci ildə R.Qafarlı “Azərbaycan uşaq folkloru” mövzusunda dissertasiya işi ilə uşaq folklorunun şifahi xalq ədəbiyyatındakı
yerini müəyyən etmiş, mənşəyini, inkişaf dinamikasını, toplanması, nəşri və s. kimi aktual problemlərin elmi-nəzəri
əsaslarını müəyyənləşdirmişdir.
Üçüncü mərhələ kimi müstəqillikdən sonrakı zamanı göstərmək olar. Bu zaman kəsmini Azərbaycan
folklorşünaslığında yeni bir mərhələ kimi səciyyələnir. Ulu öndər H.Əliyevin təşfiq və dəstəyi ilə yaradılan AMEA Folklor
İnstitutunun bu mərhələdə fəaliyyətləri danılmazdır. Folklor İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Azərbaycan folkloru
antologiyası”nın bütün cildlərində “Uşaq folkloru” başlığı altında ayrıca bir bölmə var ki, bu da bu sahəyə ayrılan diqqətin
təzahürüdür. Qafqaz Universitetinin təşkil etdiyi I və II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi (2006 və 2012-ci
illərdə) bu mərhələdə görülmüş əsas işlərdəndir. Bu konqres ümumən uşaq ədəbiyyatına həsr olunsa da uşaq folkloru
bölməsində bu mövzuda araşdırma aparan həm yerli, həm də xarici tədqiqatçılar (A.Ülgen, A.Kokieva, Ç.Z.Çetin, Ş.Çivitci,
N.Kayabaşı, E.Yurdoğlu, E.Artun, F.Arslan, F.Söylemezoğlu, Z.Erdoğan, G.Dellal, H.Özcan, M.Şenel, O.Şen, Z.Xəlil,
Z.Çağımlar, X.Kərimova, T.Salamoğlu, R.Əliyev və s.) elmi məqalələrlə təmsil olunmuş, bu sahə ilə əlaqəli son dövrlərdə
əldə olunan nailiyyətləri elmi içtimaiyyətlə bölüşmüşlər.
Yuxarıda qeyd olunanlarla yanaşı müasir zamanda Uşaq folklorunun aktual problemlərinə aid tədqiqat işləri
araşdırmaçılar tərəfindən yerinə yetirilir. Bu dövrün ən son nailiyyəti kimi R.Qafarlının 2013-cü ildə çap olunan 540
səhifədən ibarət “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyası Azərbaycan uşaq folklorunun nəzəri
əsaslarını, mənşəyini, yaranma yollarını, nəşri, toplanması və araştırma tarixi kimi aktual problemlərdən bəhs edir.
Dostları ilə paylaş: |