Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə485/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   481   482   483   484   485   486   487   488   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

278 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz”dən tanımışdır” . Lakin buna 

baxmayaraq, fikrimizcə, romanda Səttarxan  obrazı  o qədər də dolğun deyildir, əsərdə azadlıq hərəkatına xidmət edən gizli 

təşkilat üzvlərindən  Əbülhəsən bəy öz siyasi zəkası, Tütünçüoğlu və  Həsənağa isə güclü biləkləri ilə daha çox ön plana 

çıxmışdır. Sənətkarlıq baxımından yanaşıldıqda isə roman dəyərli sənət nümunəsidir. Məhz buna görə  də 1907-1917-ci 

illərdə  Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının təsvir olunduğu bu əsər geniş oxucu auditoriyası qazanmışdır. 

Üzərindən illər keçməsinə baxmayaraq, öz əhəmiyyətini itirməyən bu roman uzun müddətli gərgin  əməyin məhsuludur. 

“Dumanlı  Təbriz” romanının birinci hissəsində  İranın maddi, mənəvi, mədəni, tarixindən, ictimai və sosial  həyatından 

söhbət açılır. Romanda  cərəyan edən hadisələr realist  tərzdə  təsvir olunub,  romantik fikirlər və bənzətmələrdən də istifadə 

edən ədib öz sənətkarlığını hərtərəfli bir şəkildə nümayiş etdirmişdir. Romanda şərqlilərdən: Əbülhəsən bəy, Tütünçüoğlu, 

Həsənağa, Məşədi Kazım ağa, Hacı Səməd xan, Mahmud xan, Sərdar Rəşid, Mahru, Təhminə, qərblilərdən: Nina, İraida, 

Hanna, Kseniya, Çar konsulu, Simirnov, Berezovski, Sazanov və s. kimi obrazlara da yer verilmişdir. Şərq və Qərbin sintezi 

şəklində  təsvir olunan hadisələrə  fərqli baxış  şəkli romanı daha da qiymətli edir. Əsərdə müəllifin  Şərqə  və  Qərbə 

münasibəti bu surətlərin dili ilə verilir. “Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə münasibəti, 

bu münasibətlərdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi  Şərqə” mədəniyyət gətirib,  Şərqi 

mədəniləşdirmək istəyən rus, alman, ingilis xalqlarının daxili siması usta priyomlarla təsvir olunub. Romanın birinci 

hissəsində rus qızları Nina və İraidanın dili ilə rusların Şərqə olan münasibəti öz əksini tapıb. 

M.S.Ordubadi “Dumanlı  Təbriz”  əsərində “Molla Nəsrəddin”, “Kaspi”, “İttifaq” ilə yanaşı “Mancester Qardian”, 

“Deyli Nyus”, “Russkoye slovo”, “Novoye vremya” kimi xarici mətbuat orqanlarının da adını çəkir. 

Ordubadi romanda Saib, Əndəlib,  Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur 

sənətkarlarını xatırlayır, onlardan nümunələr verir: Sədinin “Gülüstan” kitabından verilən nümunə buna misal ola bilər. 

“Dumanlı Təbriz” romanında Ordubadi mərsiyə, rübai, bayatı, qəzəl kimi janrlardan da nümunələrə yer verib.  

Bəli, bu roman mövzu və ideyası baxımından Məmməd Səid Ordubadinin digər  əsərləri kimi orijinal, sənətkarlıq 

baxımından isə zəngin əsərdir. “Dumanli Təbriz” romanı Şərq və Qərbi tanımaq baxımından da qiymətli sənət əsəri sayıla 

bilər. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   481   482   483   484   485   486   487   488   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin