MƏMMƏD SƏİD ORDUBADİNİN “DUMANLI TƏBRİZ” ƏSƏRİNDƏ ŞƏRQ VƏ QƏRB
Nərgiz İSMAYILOVA
AMEA, Naxçıvan Bölməsi
nergiz.ismayilova@hotmail.com
Məmməd Səid Ordubadi yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur. O qələmini müxtəlif janrlarda
sınamış, orijinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. Onun “Bədbəxt milyonçu”, “İki çocuğun Avropaya səyahəti”
əsərləri Azərbaycanın ilk romanlarındandır. “Dumanlı Təbriz” tarixi romanı [1933-1938] isə Azərbaycanda milli azadlıq
hərəkatının tarixini sistemli şəkildə əks etdirən romanlardandır. Əsərdə Səttarxan, Bağır xan kimi milli qəhrəmanların
xalqın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar məharətli yazıçı qələmi ilə öz bədii əksini tapmışdır. “Azərbaycanda bir
|