QLOBAL TARİXİ HADİSƏ VƏ PROSESLƏRİN AZƏRBAYCAN ŞEİRİNƏ TƏSİRİ
Nərgiz ABDULLAYEVA
AMEA, Ədəbiyyat İnstitutu
cabbarlin75@rambler.ru
Yaradıcılıq aktının nəticəsi olan bədii mətn cəmiyyət və onda baş verən proseslərlə, qlobal hadisələrlə, tarixi faktlarla
sıx bağlıdır. İnformasiya yaradıcı insanın ruhunda, düşüncəsində istehsaldan keçərək bədii mətnə ötürülür və mətn onu
yaradanın şəxsin zəkası, dünyanı və insanı qavrama bacarığı, individual istedadı ilə bərabər “insan - cəmiyyət”, “insan -
ictimai-sosial mühit”, “insan-tarixi proseslər” qarşıdurmasının dərinlik səviyyəsi ilə bağlı məlumat da ehtiva edir. Bu
anlamda bədii mətnə tarixi faktların mənbələrindən biri kimi yanaşılmalıdır.
|