Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə476/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   472   473   474   475   476   477   478   479   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

273 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Fikrindəmi, bir gün, gözəlim, biz sizə gəldik, 

Sizdən qayıdıb, sonra bərabər bizə gəldik? 

 

Güldük və danışdıq gecəni, sübh açılınca, 



Bir qönçə gül üstündə sizinlə sözə gəldik. 

 

Biz ki gözəlim, can deyərək can eşidərdik, 



Bəs indi nə oldu bizə, yoxsa gözə gəldik? 

Bədii dilin xəlqiliyi üçün əsas şərtlərdən biri lüğət zənginliyinə malik olmaqdır. Vahid xalqın müdrik söz xəzinəsini 

dərindən bilir, ondan yerində istifadə etməyi bacarırdı. O, canlı danışıqdan aldığı idiomatik ifadə  və deyimlərlə    şeirin 

xəlqilik ruhunu gücləndirmiş, xalq deyimlərindən sənətinə xas poetik məharətlə faydalanmışdır. “Surətin canlı 

xarakteristikası üçün hadisə  və  əhvalatın milli koloritini  bütün zənginliyi ilə ifadə etməkdən ötrü idiomlar”,  idiomatik 

ifadələr Vahid poeziyasında müxtəlif münasibət və mənalarda işlədilir. 

Bülbül gülün sevir, səni mən, tuti şəkkəri, 

Eşq əhli bir şeyə gərək, əlbəttə,  baz ola. 

Demə, ey gül, ölürəm, getmə gözümdən o yana, 

Gərək aşiq dözüb hər cövrünə yarın, dayana. 

Mən aləmə minnət çəkirəm yar həvəsində. 

Yarımsa gəzir şövq ilə əğyar həvəsində. 

Deyirlər Qeys üçün, cana, cünuni-eşq olub, amma 

Mənim ondan betər görcək səni, başım havalandı. 

Vahid poeziyasının xəlqiliyini həmçinin onun musiqililiyi, qəzəllərinin böyük bir qisminin xanəndələrin dilinin əzbəri 

olması ilə izah etmək olar. Şair musiqinin insan mənəviyyatında və düşüncəsində rolunu yüksək qiymətləndirir, onun 

sirayətedici gücünü və əbədiliyini bilirdi.  İstər yaşadığı dövrdə, istərsə də bu gün elə sənətkar tapılmaz ki, Vahid qəzəllərini 

sevə-sevə oxumasın. “Vahid, o millət ki, onun musiqisi yox, Batsın da yerli-dibli, elə millət olmasın!” deyən  şairin 

qəzəllərinin rəngarəng muğam dəstgahlarına hoparaq  ölməzlik qazanması Vahid poeziyasının xəlqi ruhuna və 

əbədiyaşarlığına bir daha haqq verir.   

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin