Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə473/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   469   470   471   472   473   474   475   476   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

271 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

XX əsrin sonlarında ədəbi proses sistemli şəkildə elmi tədqiqata cəlb olunmamışdır. Mövcud monoqrafik işlər əhatəli 

deyil. Professor Aydın Dadaşov “Müstəqillik dövrünün dramaturgiyası” adlı monoqrafiyasında dövrün tanınmış 

dramaturqlarını  təhlil predmeti götürmüş, hətta, dramatik əsərlərin mövzu-predmet baxımından tipologiyasını 

müəyyənləşdirmişdir. Lakin müstəqillik dövrünün poeziya və  nəsri haqqında sistemli monoqrafiyalar yoxdur. Bu dövrün 

poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslığı ilə bağlı məqalələr, resenziyalar və rəylər yazılmışdır. Lakin ayrı-

ayrı sənətkarlar haqqında demək olar ki, kitablar yoxdur. 

90-cı illərdə  İ.Şıxlı, Anar, Elçin, S.Əhmədov, M.Süleymanlı, S.Rüstəmxanlı kimi müəlliflərin, habelə  gənc  ədəbi 

nəsillərin romanları da yaranmış, janr tipologiyası etibarilə müxtəliflik ifadə etmişdir. Bu baxımdan roman-xatirə, roman-

tale, tarixi roman, ictimai (sosial) roman, habelə, ictimai-siyasi roman tipləri qeyd oluna bilər. 

 Tənqidçi-ədəbiyyatşünas, prof. Nazif Qəhrəmanlının “Ədəbiyyat və  əbədiyyət” məqalələr toplusunun iki bölümü 

nəsrlə bağlıdır: “Nəsr və zaman”, “Fərd və tarix”. 

Alim “Nəsr və zaman” bölümündə “Əli və Nino haqqında hekayə”, “Müdriklik çağının tələbləri”, “Nəsr düşüncələri”, 

“Dirilər üçün rekviyem”, “Unudulmaz vəhşət nağılı” və ya “Ədəbiyyatda yaşanan repressiyalar”, “Qazamat gərdişinin 

hərarəti”, “Təbiət vurğunu”, “Qovuq” kitabının müəllifi Aygün Həsənoğluya məktub”. “Mənzər Nigarlının hekayələri”, 

“Sənətkar yetkinliyi”, “Həyat eşqi”, “Törədiləcək bir qətlin tarixçəsi”, “Etiqadımızın süzülən işığı” və ya “İdrakımızın 

güvənc yeri”, “Böyük dönüşün başlanğıcı”, “Tarix və yaxın gerçəkliklər”, “Fərdlə yeniləşən tarix” məqalələrini çap 

etdirmişdir. Bu məqalələr müstəqillik dövrünün ədəbi prosesi, habelə,  Əli  Əmirlinin “İldırımötürən”, “Meydan”, “Ölü 

doğan şəhər” romanları, Afaq Məsudun “Başlanğıc”, Ağarəhim Rəhimovun “Cinayət və etiraf”, İsa Hüseynovun “İdeal”, 

“Əbədiyyət”, Söhrab Tahirin “İki dəfə yox olmuş adam”, “Sevgisində itən qız”, “Sonuncu şah”,  Əzizə  Cəfərzadənin 

“Zərrintac Tahirə”, “Bəla”, “İşığa doğru” və “Eşq sultanı” əsərləri haqqındadır. 

Müstəqillik dövrünün əsas mövzularından biri Qarabağ-torpaq hadisələri ilə bağlıdır. Bu dövrdə Sabir Əhmədlinin 

“Axirət sevdası”, Vidadi Babanlının “Ana intiqamı”, Elçinin “Bayraqdar”, Əlibala Hacızadənin “Möcüzə”, Mövlud 

Süleymanlının “Erməni adındakı  hərflər”, Hüseynbala Mirələmovun “Yanan qar”, Aqil Abbasın “Çadırda Üzeyir 

Hacıbəyov doğula bilməz”, “Dolu”, Ağarəhim Rəhimovun “Canavar balası”, “Qoşa qanad”, “İkili dünyam”, “Haray”, 

“Əsgər anası”, “Xəyanət”, Nigarın “Daş hasar”, Əlabbasın “Halal qan”, Mahirə Abdullanın “Narkoman”, “Əvvəl-axır”, 

“Agah”, “Ağdərədən üzü bəri”, Elçin Mehrəliyevin “90-cı illər”, Nüşabə  Məmmədlinin “Zəngulə”, Elza Mollayevanın 

“Əsir ürəklərin fəryadı”, Nigar Qarayevanın “Daş hasar”, Fazil Günayın “Qara qan”, Zümrüdün “Yarımçıq nəğmə”,  Əli 

İldırımoğlunun “Aqibət”, Əlibala Hacızadənin “Möcüzə”, Kərim Dünyamalının “Qana boyanmış illər”, Novruz Rəhimovun 

“Qara qatar” əsərləri qələmə alınmış, xalqın qanlı faciələri hadisələr fonunda ümumiləşdirilmişdir.  

Anarın “Otel otağı” Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə”, Elçin Hüseynbəylinin “Qoca”, Vidadi 

Babanlının “Mənim gizlinlərim”, Vaqif Nəsibin “Bu dünya daşlı qala”, Yusif Kərimovun “Qarabağ  şikəstəsi”, Davud 

Nəsibin “Cavanşirsiz məmləkətim” romanları da müstəqillik dövrünün ədəbi məhsullarıdır. Sabir Əhmədlinin “Kütlə” 

romanı meydan hərəkatı, milli azadlığın bədii ifadəsi ilə bağlıdır. 

Prof.Təyyar Salamoğlunun “Tarixi və çağdaş  ədəbi prosesə aid araşdırmalar” monoqrafiyasında  İsmayıl  Şıxlının 

“Ölən dünyam” romanı Gəncə hadisələri, XI qızıl ordunun Gəncəni ələ keçirməsi, Azərbaycan xalqının tarixi taleyinin qara 

səhifələrini öyrənmək baxımından təhlil predmeti olmuşdur. Dos.Salidə  Şərifova “Ədəbi prosesə  nəzəri baxış” 

monoqrafiyasında 2006-2007-ci illərin ədəbi nümunələrinə tənqidi münasibətini ifadə etmişdir. 

Tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova müstəqillik dövründə “Azərbaycan  ədəbi tənqidi müstəqillik illərində”, 

“Yeni təfəkkür və  ədəbi tənqid” kitablarını çap etdirmişdir. Müəllifin “Azərbaycan  ədəbi-tənqidi müstəqillik illərində” 

monoqrafiyası 1990-cı illər ədəbi tənqidinin mənzərəsini təfərrüatlı canlandırır. Müstəqillik dövrünün ədəbi tənqidi vacib 

problemləri ilə  tədqiqata cəlb olmuşdur.  Ədəbi tənqidin yeni tarixi şəraitdə, yeni təfəkkür zəminində  təzahürü,  ədəbiyyat 

tarixçiliyinə, sovet dövrü ədəbiyyatına yanaşmanın özünəməxsus cəhdləri,  ədəbi irs məsələləri, tənqidlə çağdaş  ədəbi 

prosesin qarşılıqlı ünsiyyəti tədqiqat predmeti olmuşdur. 

Nəsr bölməsini “Nəsrdə Qarabağ disskursu” ilə başlamış E.Akimova Elçinin “Qarabağ şikəstəsi”, “Bayraqdar”, Aqil 

Abbasın “Dolu”, Şərif Ağayarın “Haramı”, Seymur Baycanın “Quqark”, Əli Abbasın “Qaraqovaq çölləri”, 

M.Süleymanlının “Erməni adındakı hərflər” əsərlərindəki mövzunun aktuallığını və müasirliyini səciyyələndirmişdir. 

E.Akimovanın M.F.Axundov, Y.Qarayev, B.Nəbiyev, K.Talıbzadə , Aydın Talıbzadə, Vaqif Yusifli, Cavanşir Yusifli 

tənqidinə analitik tənqidi, mühakiməli münasibəti də maraqlıdır.  İlqar Fəhminin “Aktrisa”, “Akvalank”, Qanturalının 

“Mustafa”, Sayman Aruzun “100 il inqilab”, Kamal Abdullanın “Unutmağa kimsə yox” bədii  əsərlərinə  ənənəvi, yeni 

tənqid təfəkküründə elmi-nəzəri baxış əhəmiyyətlidir. Alimin Teymur Kərimlinin “Hicran ömrü” kitabı haqqında fikir və 

düşüncələri də duyumludur. 

Tənqid və  ədəbiyyatşünaslıq  ədəbi prosesə  həssas olmuş, klassiklərimizin  əsərlərinə monoqrafik qiymət verilmiş, 

müstəqillik dövrünün şeir, nəsr və dramaturgiyası təhlil predmeti olmuşdur. 

Müstəqillik illərinin  ədəbiyyatı  dərslik, dərs vəsaitləri, dissertasiya və monoqrafiyalarda özünə yer almışdır. Tehran 

Əlişanoğlunun “Müstəqillik illərində Azərbaycan  ədəbiyyatı” dərsliyi, Elnarə Akimovanın “Azərbaycan  ədəbi tənqidi 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin