Mürtəce müxbirlər. “Əkinçi” nin redaksiyasına mürtəce məzmunlu yazılar da gəlirdi. Bu yazıları radikal,
cəhalətpərəst, köhnəfikirli, ifrat mühafizəkar insanlar göndərirdi. Belə müxbirlərdən Hadiyül-Müzzilin Qarabağini,
Hadimül–Qəvaid, kapitan Sultanovu və “Badkubəli Molla”nı göstərmək olar. Hadiyül-Müzillin Qarabaği “Həsən Qara” və
“Hadi” təxəllüsləri ilə tanınmışdır,qəzetin iki nömrəsində dörd məktubu və iki şeiri dərc edilmişdir. Kapitan Sultanov
qəzetdə cəmi 3 məqalə dərc etdirmişdir. İlk yazılarda ticarət işlərindən şəhərə təzə qəza rəisi təyin olunmasından danışan
Sultanov bir qədər sonra təziyyədarlığı müdafiə edən məzmunlu məqaləsini yazmışdır. Bu, “Əkinçi”də onun son çıxışı
olmuşdur.
Dostları ilə paylaş: |