Əhsənül-Qəvaid 1876-cı ildən ardıcıl olaraq hər nömrədə məqalələr dərc etdirmişdir. Məqalələrin yarısı müəllifin
İran səfəri zamanı yazılmış, “Əkinçi”nin iradəsini, məqsədini əks etdirmişdir. Qəvaidin yazılarından 19-u imzalı, 6-sı
imzasız verilmişdir. Yazılarının dili nisbətən qəliz olsa da Əhsənül–Qəvaid bir sıra qabaqcıl görüşləri, ədəbi fikirinin
orjinallığı ilə seçilirdi.
Ələkbər Heydəri . Heydəri qəzetin 15 müxtəlif nömrəsində 20-ə qədər məktub və məqalə çap etdirmişdir. Onun
“Elmi-əbdan”, “Elmi-ədəyan” haqqındakı məqaləsi qəzetdə geniş fikir mübadiləsinə səbəb olmuşdur. Yazıları elmiliyi,
xəlqiliyi və sadəliyi ilə seçilirdi. Heydərinin “Əkinçi”də 3 yazısı imzasız çap olunmuşdur.
Məhbus Dərbəndi. Əlimədəd olan Məhbus Dərbəndi “Əkinçi”də 4 cür imza ilə (“Əlimədəd
Abdullahzadə”,”Əlimədəd Abdullah oğlu”, “Dərbəndi”, “Məhbus Dərbəndi”)–10, imzasız 3 məktub və məqalə çap
etdirmişdir. Öz yazılarında əhalini qəzetə kömək etməyə, abunə yazılmağa çağırırdı .O, qəzetin Dərbənddə müvəkkili idi.
Dostları ilə paylaş: |