“ƏKİNÇİ” QƏZETİNİN MÜXBİR PALİTRASI
Mətanət MUSTAFAYEVA
Azərbaycan Müəllimlər İnstitutu, Şəki filialı
reshad_mustafa@mail.ru
Azərbaycan dövrü mətbuatının bünövrəsi sayılan ”Əkinçi” qəzeti demokratik idealları, maarifi, elmi, təhsili, dünya
ədəbiyyatına, mədəniyyətinə, tərəqqisinə hörməti təbliğ edirdi. Bütün nəşri müddətində “Əkinçi səhifələrində 1100-dən çox
məqalə, məktub, korrespondensiya, xəbər, şeir və s. tipli materiallar verilmişdir. Burada 21 müxbirin 36 imza ilə 200-dən
çox yazısı çap edilmişdir. Materialların əksəri imzasızdır. İmzasız yazıların bir hissəsi redaktor qələminin məhsulu,
müəyyən qismi tərcümə materialları, qalanı “Əkinçi”də açıq imza ilə çıxış edən, yaxud qəzetdə imzası mütəmadi
görünməyən müxbirlərdir. Qəzetin əməkdaşlarının çıxışlarına görə beş qrupa bölmək olar : 1.Müntəzəm çıxış edənlər,
2.Hərdənbir yazanlar, 3.Mürtəce müxbirlər, 4.Təsadüfü imzalar, 5.İmzasız çıxış edənlər.
“Əkinçi”nin müxbirlərinin ictimai mənsubluq tərkibi müxtəlifdir. Onların sırasında ictimai-siyasi mövqeyinə, istedad
və bilik dərəcəsinə görə bir-birindən fərqlənən adamlar vardır : alim, yazıçı, şair, pedaqoq, rəsmi idarə qulluqçuları, tacir və
başqaları.
Dostları ilə paylaş: |