Microsoft Word Materiallar Full


ÇAR RUSİYASINDA FOLKLOR MƏKTƏBLƏRİ VƏ AZƏRBAYCAN



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə461/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   457   458   459   460   461   462   463   464   ...   1149
ÇAR RUSİYASINDA FOLKLOR MƏKTƏBLƏRİ VƏ AZƏRBAYCAN 

FOLKLORŞÜNASLIĞININ TƏŞƏKKÜL TARİXİ 

 

Məlahət BABAYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



milababayeva@mail.ru

 

 

Rusiyada folklor cərəyanların hələ XIX əsrin  əvvəllərində  təşəkkül tapmağa başlamışdı. Belə ki, XVIII əsrdə  Qərbi 

Avropada folklorda romantik istiqamətin gəlməsi bütöv bir elmi istiqamətin–folklorşünasılğın yaranmasına səbəb oldu. 

Lakin Rusiyada bu proses Avropadan daha gec, XIX əsrin əvvəllərində təşəkkül tapmağa başladı. Belə ki, V.A. Jukovski, 

A.S.Puşkin, N.V. Qoqol folklor nümunələrindən bədii əsərlərdə istifadə edən ilk yazıçılar oldular. 

1859-cu ildə alman alimi T.Benfey foklorda qarşılıqlı təsir ideyasını ortaya qoydu və bu oxşar süjetlərin eyni mənbə-

dən gəlməsi haqda təsəvvürləri dəyişdi. T. Benfeyin nəzəriyyəsi demək olar ki XX əsrin sonlarına qədər folklorşünaslıqda 

əsas yer tutdu. Rusiyada süjetlərin miqrasiyasını Buslayev, V.F.Miller, A.N. Veselovski və başqaları tədqiq etmişdilər. 

Bununla yanaşı D.Teylorun “antroploloji nəzəriyyə”si Qərbdə geniş inkişaf etsə də Rusiyada bir o qədər də öz əksini 

tapmadı. Rusiyada XIX əsrin sonlarında iki orijinal istiqamət yarandı. Bunlardan biri,  əsasən Veselovskinin işlərində özünü 

göstərən tarixi məktəbidi. Tarixi məktəb,  tez  bir zamanda özünə A.V. Markov, S.K. Şambinaqo, B.M.Sokolov və Y.M. 

Sokolov kimi məşhur folklorist alimləri cəlb etdi. Bu istiqamətin məğzi folklor nümunələrində tarixi əsası tapmaq idi. 

Həmin dövrdə vaxtilə Finlandiyada Y.Kron tərəfindən  əsası qoyulan, sonra isə  oğlu K.Kron və Aaarne tərəfindən 

inkişaf etdirilən fin məktəbi və ya coğrafi-tarixi metod da inkişaf etmişdi. Fin məktəbinin əsas ideyaları xalq yaradıclığının 

coğrafi məkanlarla əlaqəsini tapmaq idi. Fin məktəbi rus və avropa folklorşünaslığına çox böyük təsir göstərmişdir. 

 Bütün  bunlardan  əlavə XIX əsrin sonu XX əsrin  əvvəllərində  rus məktəbi  dəmövcud idi. Rus məktəbi  şifahi xalq 

ədəbiyyatını ifa edənləri xarakterizə edirdi. Rus məktəbinə  mənsub olan alimlər nağıl deyənləri axtarıb tapır və folklor 

nümünələrini nağıldeyənlərə görə qruplaşdırıb tədqiq edirdilər. 

XIX əsrin birinci yarısında artıq  Rusiyada da şifahı xalq yaradıcılığına elmi yanaşmanın əsası qoyulmuşdur. Beləki, 

əgər  əsrin  əvvəllərində folklor mətnləri yalnız tarixi və mifoloji mənbələr üçün lazım idisə, artıq 1840-cı illərdə 

folklorşünaslıq müstəqil tədqiqat predmetinə çevrilmişdır. Lakin folklorşünaslığın tam müstəqil elm sahəsi kimi 

formalaşması XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. 

XIX  əsrin ortalarında bir sıra elmi cəmiyyətlərin yaranması–Rusiya  İmperatorluq coğrafi cəmiyyəti, Moskva 

Universitetinin nəzdində antropologiya, etnoqrafiya və  dəqiq elmsevərlərin  İmperator cəmiyyəti folklorşünaslıq elminin 

yaranması üçün nəzəri baza yaradmışdır. Çar Rusiyasında, həm də onun müstəmləkələrində folklor materiallarının toplayan 

böyük miqyaslı ekspedisiyaların fəaliyyəti  ən qısa müddətdə folklor-etnoqrafik fondun yaranması üçün çoxlu materiallar 

yığmağa imkan yaratdı. Paytaxtdakı  cəmiyyətlərin fəaliyyəti folklor-etnoqrafik materialların quberniyalarda, müstəmləkə 

ərazilərində də toplanmasına və yerli dövrü mətbuatda çapına da səbəb olmuşdur. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin