Microsoft Word Materiallar Full


QIRĞIZ VƏ AZƏRBAYCAN ƏDƏİYYATINDA QIZIL ALMA MOTİVİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə457/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   453   454   455   456   457   458   459   460   ...   1149
QIRĞIZ VƏ AZƏRBAYCAN ƏDƏİYYATINDA QIZIL ALMA MOTİVİ 

 

Mehman HƏSƏN 

AMEA, Ədəbiyyat İnstitu 



mehman.hesen@gmail.com 

 

Qızıl alma harada olduğu və ya ola biləcəyi qeyd olunmadan yer üzündə bütün türklərin birləşərək quracaqları ideal 

ölkə, vahid mərkəzdə birləşməsi fikridir. Azərbaycan türkləri arasında yayılan inaclara görə  Şimalda yaşayan Xəzər 

xaqanının otağında “qızıl top” asılmışdı.  İbn Fədlan eramızın 920-ci ilində yazdığı qeydlərində  Cənubi Qafqaz və Orta 

Asiyada “qızıl alma”nın fəth ideyası olduğunu  göstərmişdir. Bu ideya əsasən Osmanlı hakimiyyəti dövründə daha  geniş 

yayılmışdır. Ayasofiyanın qarşısında  əlində qızıl kürə və ya alma Yustianın heykəli ucaldılmışdı. Bu heykəl imperatorun 

dünyanı  əlində tutmasını simvolizə edirdi. O kürənin yerə düşməsi ilə türklərin dünyada yeni fəthlərə başlayacağı ifadə 

olunurdu. İstanbulun fəthini də məhz “qızıl alma”nın ora düşməsi ilə bağlayırlar. Daha çox əfsanələşmiş, xaqanların uğur 

rəmzinə çevrilən “qızıl alma” ideyası türk xalqlarının bədii yaradıcılığında, qüdrətli sənətkarlarının  əsərlərində 

özünəməxsus şəkildə yer almışdır. Türkiyədə Ziya Göyalp, Ömər Seyfəddin, Azərbaycanda Aşıq Qurbani, Aşıq Səfi, Qırğız 

ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıclığında qızıl alma motivindən istifadə olunmuşdur. Aşıq 

Qurbani bir şeirində “qızıl alma” belə dəyərləndirir: 

Əski nişanımız Qızıl almada, 

O aşılmaz dağlar, ellər bizimdi. 

Aşıq Səfi Nadir şahın Dağıstana səfərini şeirində “qızıl alma”ya çatmaq istəyi kimi təsvir edir: 

Şah niyət eylədi Qızıl almaya 

Yanısıra neçə xanlar yerisin 

Çəksin düşmənlərə əyri qılıncı 

Su yerinə qızıl qanlar yerisin. 

Azərbaycan  ədəbiyyatında sovet işğalına qədər Türkiyə  bədii fikrində olduğu kimi “qızıl alma” əsasən fəth ideyası 

olaraq göstərilir. Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıcılığında “qızıl alma” fəth ideyası 

deyil, uğur, səadət simvolu kimi mənalandırılmışdır. Yəni tarixən hərbi uğurlarla bağlı olan, xaqanların qalibiyyətlərini 

simvolizə edən “qızıl alma” sovet işğalına məruz qalan türk xalqlarında yeni bir məzmun çaları qazanmışdır. Əsərdə alma 

bağının dağıdılması təsvir olunur. İnsanların gözündən bir alma yayınıb bağda qalır. Həmin alma Anarə adlı bir qıza nəsib 

olur. Onun dərilməsi insanlara xoşbəxtlik, səadət gətirir.  İsabəyov qızı Anarəyə alma haqqında bəhs edərkən onun 

xöşbəxtlik, sevinc gətirəcəyini bildirir. O, gənclik vaxtında “qızıl alma”sını sevdiyi qadına verə bilməmiş və bu ona bütün 

həyatı boyu uğursuzluq, bədbəxtlik gətirmişdir. Ailə qursa da xoşbəxt ola bilməmişdir.  

İsabəyov xanımı Sabirə ilə ayrılmaq qərarını verirlər.Ən çətin məqam isə bunu qızına anlatmaqdır. Anarə anasının 

Moskavaya tezisini verməyə getdiyini bilir. Atası çox cəhd etsə də qızına anası ilə ayrılacağını deyə bilmir. Yolda gedərkən 

bir bağda dayanırlar. Həmin bağdan Anarə öz “qızıl alma”sını  dərir.  Əsərin sonunda həmin qızıl almanı Anarənin anası 

təqdim etməsi ailəyə yenidən xoşbəxtlik, səadət gətirir. Sanki İsabəyov qızının sayəsində  gəncliyində itirdiyi  “qızıl 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin