YADDAŞ YUSİF SƏMƏDOĞLU NƏSRİNİN ƏSAS SƏCİYYƏSİ KİMİ
Leyla ƏLİYEVA
Sumqayıt Dövlət Universitetinin
aliyevaleyla74@mail.ru
Yusif Səmədoğlunun yaradıcılığının müxtəlif mərhələlərində yazdığı “Xəzri”, “Yaddan çıxmış sözlər”, “Gözlər”,
“Qartal”, “220 №-li otaq”, “Güllər”, “Saat işləyir”, “Simurq quşu”, “Qalaktika”, “Soyuq daş”, “Beşik”, “46-cı ilin
oyunları”, “Foto-fantaziya”, “Astana”, “Bayatı-şiraz”, “İncə dərəsində yaz çağı” hekayələri və “Qətl günü”,
“Deyilənlər gəldi başa..” romanlarının elmi-nəzəri təhlili bu bədii nəsrin poetik və fəlsəfi-estetik özünəməxsusluğunun
əsas dominantının yaddaş amili olması qənaətini formalaşdırır. Yaddaş — informasiyanın toplanması, saxlanması və
yenilənməsi üçün beyinin funksiyalarından və fəaliyyət növlərindən biridir. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası
və perspektiv planlaşdırılması üçün lazımdır. Yaddaş insanın, fərdin, eyni zamanda hər hansı bir cəmiyyətin. sosial-ictimai
|