MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA QƏHRƏMAN, TİP VƏ
XARAKTER ANLAYIŞI (XX ƏSRİN 60-90-CI İLLƏRİNDƏ)
Lalə KƏRİMOVA
Bakı Slavyan Universiteti
lalakerimova88@gmail.com
XX əsrdə Azərbaycan ədəbiyyatı mürəkkəb bir tarixi inkişaf yolu keçmişdir. Bu dövrün gərgin siyasi durumu sosial
həyatımızın bütün sahələrinə təsir etsə də, dəyərli ədəbiyyat nümunələri yaratmağa əngəl ola bilməmişdir.
XX əsr Azərbaycan ədəbiyyatını burada yaradıcılıq meyillərinin müxtəlifliyi baxımından iki başlıca dövrə ayırmaq
olar: 50-60-cı illərə qədərki dövr və sonrakı dövr.
|