II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
264
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
statusa malik kütlənin zamanda və məkanda var olmasının əsasıdır. Yaddaş bəşər övladının öz şəxsi keçimişindən tutmuş
bir parçası olduğu millətin, tarixin, bütövlükdə bəşəriyyətin keçmişini də əhatə edəcək məlumat, xatirə, anlar və biliklərin
toplandığı dərin bir quyu kimidir. Yaddaş fenomeni bədii yaradıcılıqda həm bədii predmet, poetik kateqoriya, bütövlükdə
bir əsərin əsas strukturunu müəyyənləşdirən vasitə, bədii düşüncə tipi, yazıçının dünyayabaxış üsulu kmi öz əksini tapa
bilər. Düşüncə özünü dildə ifadə edər. Yaddaşın canlı obrazları söz-işarələr vasitəsilə bədii mətnə dönüşür. Yaddaş
dünyanın alternativ modellərini özündə saxlamaq, sözə çevirmək, mətnə dönüşdürmək kimi potensiala malikdir. Sosial-
psixoloji-fizioloji bir bütöv olan insanın yaddaşı müxtəlif istiqamətlərdən bədii söz dünyasına dönüşmək qabiliyyətindədir.
XX əsr bədii düşüncə tarixində yaddaşın mühüm rolu və yeri danılmazdır. Yaddaş istənilən dövrdə bədii ədəbiyyatın
yaranmasını şətrləndirən amildir. XX əsrdə əvvəlki əsrlərdən fərqli olaraq zaman bədii ədəbiyyata mövzu kimi yerləşə bilir.
Bədii dialektik inkişafın nəticəsi olan cərəyan-konsepsiya-ədəbi metodların yaranmasında iştirak edən yaddaş ilə
ədəbiyyatda və folklorda müəyyən mövzu, ideya, kateqoriya, element, motiv və s. formalarda özünü göstərən yaddaş
fərqlidir. Yusif Səmədoğlu öz yaradıcılığının ən mükəmməl əsərlərindən olan “Qətl günü” romanı ilə qlobal-milli tarixi,
sosial-etnik, etik və əxlaqi, mənəvi problemləri əhatə etmişdir. Bu əsərlə yazıçı Azərbaycan nəsrində unikal bir hadisəyə,
yeni formada, yeni məzmunda bir romana imza atmış olur. Bu roman özünün magik, fantastik, mistik qatları ilə adi
oxucunun qavraya bilməyəcəyi qədər mürəkkəb bir kompozisiyada təqdim olundu. “Soyuq daş”ın lirik təhkiyəsi, “Foto-
fantaziya”nın sərt realizmi, həzin və kədərli poetik əhval-ruhiyyəsi ilə seçilən “Bayatı-Şiraz, “İncə dərəsində yaz çağı”
hekayələri, psixoloji-ictimai ovqata köklənmiş “Astana” və başqa hekayələri, Azərbaycan nəsrində xüsusi çəkisi və yeri
olan “Qətl günü”, bitirməyə ölümünün imkan vermədiyi “Deyilənlər gəldi başa...” romanları Yusif Səmədoğlu yaradıcılı-
ğının rəngarəngliyini, poetik çəkisinin ağırlığını anlamaq üçün yetərlidir. Müəllifin yaradıcılığında bədii fantaziya, kifayət
qədər geniş yaradıcı təxəyyüllə yanaşı, eyni zamanda real həyatda gördüklərinin, yaşadıqlarının, duyduqlarının, real təəssü-
ratlarının da xüsusi yeri və önəmli payı vardır. Millət olaraq mövcudluğun və var olmanın fasiləsizliyi və dinamikliyi yad-
daşla təmin olunur. Millətin daha böyük müstəvilərdə öz mövqeyini sərgiləmək, tarixi-etnik kimliyini təsdiqləmək üçün
daim öz yaddaşını qorumaq kimi bir borcu var. Yusif Səmədoğlu hələ, sovet rejiminin sərt illərində belə, milli-etnik şüur və
tarixi yaddaşımızın bədii inikasında cəsarətli addımlar atmış bir yazıçıdır. Hələ ötən əsrin 80-ci illərindən başlayaraq, onun
əsərlərində tarixi yaddaşımız və milli-etnik kimliyimiz bəzən aşkar, bəzən simvol və işarələrə bürünmüş şəkildə təzahür
edir.
Mədəniyyət özünün tarixi inkişafı boyu mifoloji irslə qarşılıqlı münasibətdədir, mifoloji irs ilki və başlanğıcı ehtiva
edir. Bu baxımdan ədəbiyyatda mifologiyadan gələn mövzulara, mifoloji obrazlara ədəbiyyatın bütün tarixi boyu təsadüf
olunur. Yusif Səmədoğlu nəsrinin də unikal əlamətlərindən biri də məhz bu əsərlərdə mifopoetik yaddaşın müxtəlif mənşəli
(dini, tarixi, ədəbi, mədəni) arxetiplərlə təzahür etməsidir. Milli-mədəni, tarixi-ictimai, mifopetik yaddaş onun əsərlərində
ayrı –ayrı qatlar şəklində təzahür edir.
Dostları ilə paylaş: |