Microsoft Word Materiallar Full


MÜASİR NƏSRDƏ DAXİLİ MONOLOQ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə455/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   451   452   453   454   455   456   457   458   ...   1149
MÜASİR NƏSRDƏ DAXİLİ MONOLOQ 

(İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsəri əsasında) 

 

Məhin SƏDİZADƏ 

Bakı Slavyan Universiteti 



sedizade.mehin@bk.ru 

 

Daxili monoloq üslubu tedqiqatçılar tərəfindən çox araşdırılan bir mövzu olmuşdur. Lakin müasir dövrdə bu mövzuya 



maraq və onun üzərində aparılan tədqiqatlar çox az olmuşdur. Bu üslub qəhrəmanın sevgisini, nifrətini, həyəcanını daha 

emosional etmək üçün istifadə olunur. Bu üslub vasitəsilə yazıçı oxucu ilə  qəhrəman arasında yaxınlıq yaradır, obrazın 

daxili monoloqunun sayəsində oxucu qəhrəmanın dediklərini deyil, düşündüklərini öyrənir. Bu üslubun daha dərinliyinə 

enmək üçün müasir dövrdə yazılmış bir nəsr əsərinə müraciət etmək istəyirik. İsi Məlikzadənin “Küçələrə su səpmişəm” 

əsəri daxili monoloqla zəngin nəsr nümunəsidir.  Əsərdəki Xəlil obrazının demək istəyib lakin deyə bilmədikləri daxili 

monoloqa misal ola bilər. Mən bu mövzunu araşdırmağa başlayanda məhz bu əsəri oxuduqdan sonra daxili monoloqun 

mahiyyətini tam anladım. Əsərdə Xəlil öz əmisi oğlu Bəhmənin ucbatından ömrünün beş ilini həbsdə keçirir. Yaşadıqlarına 

görə içindəki Xəlil ilə hər zaman mübarizə aparır, çünki qəlbindəki hissləri deyə bilmir. Əsər boyu Xəlilin daxili monoloqu 

insana təsir edir. O əmisi oğlu ilə söhbəti zamanı içindəki hisslərini biruzə vermirdi. Monoloqun böyük xüsusiyyətlərindən 

biridir: daxilindəki mübarizəni qarşındakina bildirmədən yaşamaq, yalnizca öz aləmində söhbət etmək. Xəlil tez-tez 

içindən-“ Niyə günahı mənim üzərimə atdın, mənim yerim ocaq başında olmaya bilərdi, niyə mənim bəxtimi özünə götürüb,  

öz günahkar libasını mənim üzərimə geyindirdin?”-söyləyirdi. Əsərdəki iki obrazın söhbəti zamanı daxilindəki monoloqları 

ilə danışıqlarının üst-üstə düşmədiyini açıq aşkar görürük. Bundan əlavə  hər iki obraz əslində demək istəmədiklərini bu 

olmadığını da anlayırlar. Bunu oxucuya aşılamaq isə yazıçının üzərinə düşür. Obrazın dedikləri də, düşündükləri də 

yazıçının fikirləridir. Yəni daxili monoloqu da yazıçı yaradır. Obrazın xasiyyətinə uyğun daxili monoloq qurur. Yazıçının 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin