II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
265
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
qurduğu daxili monoloqu isə qəhrəmanın keçirdiyi vicdan,sevgi və nifrət hissləri əmələ gətirir. Bu normal həyatda da
belədir, vicdan, sevgi və nifrət hisslərini heç vaxt insan qarşısındakına olduğu kimi bildirə bilmir. Bundan başqa daxili
monoloq vasitəsi ilə əsərdəki hadisələrin əsas məğzini, üstü açılmamış həqiqətləri öyrənmək mümkündür. “Küçələrə su
səpmişəm” əsəri də bunu bizə sübut edir. Əsərin əvvəlində qəhrəmanların necə biri olduqları bizə məlum olmur, lakin
hadisələrin inkişafında Xəlilin monoloqu Bəhmənin necə biri olduğunu göstərir. Həqiqətən də obrazların daxili monoloqları
əsərdəki emosionallığı artırmışdır.
Hər bir insanın içində başqa bir mən yatır, bu “mən” insanın heç kəsə göstərmədiyi üzüdür. İnsanlar nə qədər səmimi
olsalar da, daxilində hər zaman dediklərindən fərqli bir fikirləri olur. Bəzən daxilindəki “mən”-dən çıxmayan insanlar da
vardır. Xəlil belə insanlardan idi. O qədər içinə qapanan biri idi ki, hətta arvadı Teybə onun həbsə düşdüyünü belə bilmirdi.
Xəlil, Bəhmənin onu Bakıya aparmaq istəyini biləndə üzdə göstərməsə də daxili monoloqundan getmək istədiyini anlayırıq.
Ancaq sona yaxın o, bu fikirlərindən daşınır, çünki Bəhmənin həqiqətən də peşman olduğuna inanmırdı. Əsərdəki ən
təsiredici məqamlarından biri də, Xəlilin uşaqlıq sevgisi olan Sayada, hecvaxt üzünə söyləyə bilmədiyi eşq etirafı ilə dolu
monoloqu idi. Həmişə onların küçəsinin yanından keçər, qəlbində o təsiredici monoloqunu söyləyər və “Küçələrə su
səpmişəm” mahnısını zümzümə edərdi: “Sayad, düzdür sən kolxoz sədrinin qızısan men isə adi kəndçi, amma gün gələcək
mən də qalxacam yüksək səviyyəyə, o zaman sənə elçilərimi göndərəcəyəm”. Əsərin sonu da məhz bu mahnının sədaları
altında Və Xəlilin monoloqu ilə bitir. Nəticə olaraq bunu deyə bilərəm ki, daxili monoloq hem insanın real həyatında və
bütün ədəbiyyat nümunələrində böyük rol oynayır. Müasir dövrdə bir çox yazıçılar daxili monoloqdan istifadə etmişlər, İsa
Muğanna, Elçin, Anar və s. İsi Məlikzadənin isə xüsusi yeri vardır.
Dostları ilə paylaş: |