MƏSTAN GÜNƏRİN ŞEİR YARADICILIĞI
Mehriban ƏLİYEVA
Qafqaz Universiteti
amehriban@bk.ru
Bizim şeirimiz,musiqimiz, hətta memarlığımız da Azərbaycan təbiətinin hökmündən yaranıb. Şəki xan sarayının,
Şirvanşahlar sarayının özündə təbiətin canlı təsvirini görürük; heyvanat aləminin müxtəlif məna rəmzi kimi verilən
rəsmlərinin ustalıqla işlənməsində, xanların ova çıxması, qadınların geyim qaydalarını, bütün bu gözəlliklərinincəliklərini
görürük. Hardasa təbiətin yaralanması, xanəndələrimizin səsinə, zənguləsinə pis təsir edir. Bülbülü coşduran gülün gözəlliyi
olduğu kimi, şairi, bəstəkarı, xanəndəni coşduran da təbiətin sehri, xalq mənliyinin qüdrətidir.
Fələk səndən düz dolana bilmərəm.
Məni dönüb,dönüb yaralayıbsan.
Yurdumu böldüyün bəs deyildimi,
İndi də eşqimi paralayıbsan?
Bu qoşma yalnız yaralı eşqin fəryadı deyil,həm də iki yerə parçalanmış Azərbaycanın şair ürəyində çırpılan əks -
sədasıdır.
Məstan Günərin Anaya həsr etdiyi şeirin hər bəndi təsvir etdiyi obrazı həm xarici görünüşü,həmdə daxili aləminin
bütün zənginliyi ilə canlandırmaqbaxımındn yeni idi.Lakin bu şeirdəbizi cəlb edən təkcə ana obrazı deyil,bu obrazın məhz
Məstana məxsus poetik sözlərlə ifadə edilməsidir. Şeirdə “A saçları yovuşan ana,çətin günlərdə kürləşən,göyçək əli
kömürləşən,birçəyi qarlaşan” – söz və ifadələri xüsusi ustalıqla vermişdir.Bu şeirdə bədii formaya salınmış dil materialı
yaradıcı – qurucu struktur elementi kimi bir missyanı həyata keçirir.
Səndən ötrü qəribsədim,
A saçları yovşan anam
Yaş ötdü yaşın hökmünə
Öyrəşən uyuşan anam
Sellər ilə süpürləşən,
Çətin günlərdə kürləşən,
Göyçək əli kömürləşən,
Birçəyi qarlaşan anam.
Məstan şerinin gözəlliyi və özəlliyi dilinin,üslubunun xalq ruhunda,xalq mənəvi dünyasında şerlərinin iliyinə
hopdurmasıdır.Şair folklordan və klassik ədəbiyyatdan aldığı mövzuları günün tələbinə uyğun dil və üslubda öz oxucusuna
çatdırmışdır.Şerlərinin mövzu dairəsi genişdir.Vətən,məhəbbət,qəhrəmanlıq və təbiət haqqında şerləri yaradıcılığında
xüsusi yer tutur.
Nüşbə boyludur şüy çinarları
Dağları Koroğlu abidəsidir.
Oxuyar,səslənər Babək ruhutək
Bir saza düzsələr yolları bir-bir.
Bir başqa şerində;
Qismətində yəqin yerim yoxuymuş,
Həsrətinə,məhnətinə döndüyüm.
Durnalardan səni xəbər alıram,
Bağdad olub qürbətinə döndüyüm.
|