MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ROMANININ
TİPOLOGİYASI VƏ ƏDƏBİ TƏNQİDİNƏ DAİR
Nizami HÜSEYNOV
Bakı Slavyan Universiteti
nizaaa@mail.ru
XX əsrin 60-80-ci illərdə Azərbaycanda və ondan kənarlarda (rusdilli Azərbaycan sənətkarları) mövzu-problem
baxımından tiploloji romanlar meydana çıxmış, ədəbi tənqid və ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. 90-cı illər
romanları isə keçid dövründə, Azərbaycanda gedən ictimai-siyasi hərəkat və Azərbaycan-Ermənistan müharibəsi şəraitində
meydana çıxdığından vaxtında ədəbi – tənqidi qiymətini ala bilməmişdir.
|