Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə479/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   475   476   477   478   479   480   481   482   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

275 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

90-CI ILLƏR   ƏDƏBİ TƏNQİDİN İSTİQAMƏTLƏRİ VƏ ƏDƏBİ PROSESƏ TƏSİRİ 

 

Nərgiz  ƏLİBƏYLI 

Bakı Slavyan Universiteti 



nargiz_sm@mail.ru 

 

      90- ci illər Azərbaycan ictimai - siyasi tarixində  böyük rolu olan bir dövrdür .  Azərbaycan tarixi həm ən dəhşətli illərini 



, həm də ən böyük nəaliyətlərini məhz bu dövrdə əldə etmişdir desək yəqin ki, yanılmarıq . Azərbaycan , Sovet istilasından 

canını qurtarmış , yenidən müstəqillik dövrünə  qədəm qoymuşdur. Azərbaycan xalqının ictimayi heyatında yaranan  ruh 

yüksəkliyi birinci növbədə özünün  ədəbiyyatda əksini tapdı. Bu dövrdən başlayaraq sovet ideologiyasının  uzun müddət 

hakim olduğu streotipler tədricən aradan çıxmağa , ədəbi tənqidin mövzu və axtarış hüdudları genişlənməyə başladı . 

      Təbiidir ki , müstəqilliyin ilk illərində cəmiyyətdə , ictimayi – siyasi həyatda baş verən hadisələr ədəbiyyat sahəsində də 

qısa bir müddət olsa da durğunluq yaratdı . 90-cı illərdə  ədəbi mühitin olmaması  və  cəmiyyətdəki xaotikliyin 

ədəbiyyatçılara da sirayət etməsi nəticəsində istedadlı gənclərin publisistikaya axışması prosesini yaradırdı .Bədii əsərlərin 

azalması nəticəsində elə 1990-cı illərdə ədəbi tənqiddə də bir boşluq yarandı . Çünki ədəbi tənqidlə məşğul olanların çoxu – 

Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Akif Hüseynli, Nadir Cabbarlı və b. ədəbiyyatşünaslıq sahəsinə keçdilər və orada 

qaldılar. Halbuki onlar 60-80-ci illərdə ədəbi tənqidin aparıcı simalarından idilər. Tənqid və ədəbiyyat tarixçiliyinin ciddi 

sərhəddi yoxdur. Sadəcə klassik ədəbiyyatla məşğul olanların çoxu sonradan müasir ədəbiyyata müraciət etmək fikrinə 

düşmür.  

      İstiqlaliyətin ilk illərində  ədəbi tənqiddə  yaranan bütün boşluqlara baxmayaraq o ,bir çox yeni çalarlar da qazandı 

.İstiqlaliyət dövrü ədəbi tənqidin demək olar ki, ilk vəzifəsi sovet dövründə yaranan əsərlərə obyektiv yanaşmaya çalışılması 

ilə bağlıdır . Məlumdur ki , sovet hakimiyyəti dövründə hakim dairələrin qılıncı daima ədəbiyyat və ədəbiyyatçıların başı 

üzərində idi .Belə bir tarixi zəmində yaranan əsərlərə tənqidi yanaşmada da tam obyektivlik göstərmək mümkün olmurdu , 

ədəbi  tənqidin mətnə  fraqmentar, birtərəfli, lokal yanaşması özünü göstərirdi . Məhz bu səbəbdən sovet rejimi dövründə 

daha çox klassik irsin araşdırılmasına meyl edilirdi . İstiqlaliyyət dövrü ədəbi tənqidi həmçinin ədəbi prosesi  türk dünyası 

ilə vəhdətdə  inkişaf etdirməyə başladı  . 

      İstiqlaliyətin ilk vaxtlarında  ən çox müraciət olunan mövzu təbii ki , müharibə mövzusu idi . Azərbaycan  ədəbiyyatı 

müharibə mövzusuna yad deyildi , hələ  böyük vətən müharibəsi dönəmində  də    ədəbiyyatımızda bu mövzuda bir çox 

əsərlər yaranmışdı. Lakin artıq fərq var idi , bu Azərbaycan xalqının “ böyük vətən müharibəsi “ idi . Qarabağ 

müharibəsinin ifadəsi özünü daha geniş poeziyada tapmışdır ki , bu da təəcccüblu deyil .  Bu barədə doğru bir fikir tənqidçi 

- professor Yaşay Qarayev tərəfindən söylənilmişdir: “. . . döyüşən bədii prosesdə ön xəttə poeziya və publisistikaya can 

atar”. Düzdür , Qarabağ mövzusunda yazılmış lirik-epik əsərlərdə müsbət qəhrəman surətləri, neofaşizmin ifşası, düşmən 

obrazları yaradılıb. Lakin bunların  ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən tədqiqinə  gəldikdə isə  bədii  əsərlərdən sxolastik 

şəkildə poetik nümunələr gətirməkdən o yana gedilmeyib . Qarabağ müharibəsi mövzusunun müəyyən istiqamətləri Anarın, 

B. Vahabzadənin, Y. Qarayevin, B. Nəbiyevin, Ş. Salmanovun, N. Cəfərovun, A. Səfiyevin, V. Yusiflinin, E. Mehrəliyevin, 

A. Bayramoğlunun, A. Vəziroğlunun, M. Nəcəfovanın, S. Şərifovanın, A. Binnətovanın, H. Nəsibovanın və başqalarının 

məqalə  və kitablarında  əks olunmuşdur.  Ədəbiyyatımızda bu mövzu elmi nöqteyi nəzərdən ilk dəfə Elçin Mehrəliyev 

tərəfindən araşdırılmışdır.  

      Bu  dövrdə  nəsr , roman sahəsində yeniliklər də özünü göstərməyə başladı . 90-cı illərdə  İ.Şıxlı , Anar , Elçin , 

S.Əhməmov , S.Rüstəmxanlı    kimi  müəlliflərin , habelə  gənc  ədəbi nəsillərin də romanları yaranmış, janr tipologiyası 

etibarilə müxtəliflik ifadə etmişdir . Bu baxımdan roman – xatirə , roman –tale , tarixi roman , ictimayi –sosial roman , 

ictimayi –siyasi roman tipləri qeyd oluna bilər . 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin