II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
281
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1) Müharibə;
2) Kişi və qadının hüquq bərabərsizliyi;
3) İnsanlığa - dostluğa xəyanət;
4) Milli, etnik təbəqələşmə;
5) Cinsi təcavüz;
6) İnsani hisslər - paxıllıq, vicdan əzabı, sədaqət;
7) Siyasi görüşlər;
8) Dini görüşlər;
9) Ailə: ata - oğul münasibəti;
10) Qəhrəmanlıq və s.
ABŞ qoşunlarının Əfqanıstana yeridilməsi, Əmirlə Həsənin dostluğundakı təbəqələşmənin iyrənc təzahürü, Babanın
qoçaqlığına və mərdliyinə görə "Həzəra" Həsənə bəslədiyi gizli rəğbət hissi, buna görə oğlunun bütün uşaqlara nifrət
etməsi, Həsənin cinsi istismara məruz qalması, onun dostuna qarşılıqsız və sonsuz itaəti, Əmirin ona etdiyi namərdliyə görə
ömür boyu əzab çəkməsi və sonda onun oğlunu xilas edərək hardasa vicdanının üstünə su səpməsi sadaladığımız bəndlərin
qısa açıqlamasıdır.
"Əgər orda allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha
çox layiq olan məsələlər var" - deyən Babanın allahın varlığı haqda aqnostik kimi düşünməsi diqqətimizi çəkir. “Sən bu
saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən, onlar təsbeh oynamaqdan və anlamadıları dildə yazılmış
kitabdan sitatlar gətirməkdən başqa bir şey bilmirlər”. Babanın "Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah
var, bircə dənə... Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə onun
həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət
haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan" sözləri sıradan adamın dediyi sözlər deyil.
Yazıçının romanı maraqlı edən fikirlərinə çox rast gəlirik:
1. Əsl kişi şeir oxumaz, şeir yazmasını isə allah göstərməsin. Əsl kişi - əsl oğlanlar futbol oynayarlar.
2. Uşaqlar rəngləmə albomları deyil, sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
3. Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.
4. Bütün atalar qəlbinin dərinliyində oğullarını öldürmək arzusunu yaşatmırlarmı məgər?
5. Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.
6. Ağlındakı ilə dilindəki eyni olan insanlar elə bilirlər ki, başqalarında da bu cürdür.
7. Az qala qalib gəlmək olmur, adam ya qalib olur, ya yox.
8. Nəyisə görüb itirmək heç vaxt ona sahib olmamaqdan çətindir.
9. Zaman çox acgöz ola bilir, bəzən bütün xırdalıqları yeyə bilirmiş.
10. Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər.
Baba ruslara nifrət edir. Burada da müəllifin şəxsi düşüncəsinin izlərini sezirik. Hətta əsərin 2003-cü ildə 11 sentyabr
hadisələrinin baş verdiyi bir vaxtda yazıldığını nəzərə alsaq ABŞ-ın Əfqanıstana yürüşünü də müəyyən mənada haqlı sayır.
Əmir atası ilə Amerikaya köçür, ancaq vicdan əzabı onu təqib edir, o hara qaçsa da, bu əzabdan qurtuluşun olmadığını
başa düşür. Rəhim xandan Həsənin onun nəinki süd, hətta atabir qardaşı olduğunu öyrənən Əmir Əfqanıstana, od-alovun
içinə geri dönür. Həsən və arvadı ölmüş, oğlu Söhrab yetimxanaya verilmişdi. Keçmişin ifrat dərəcədə iyrənc şovinisti,
gələcəyin barbar vətəndaşı olan Asəf atası kimi onu da cinsi istismara məruz qoyur. Söhrabın simasında bütün "itirilmiş
əfqan uşaqlığı"nın əzabları gizlənir. Necə ki romanın özündə deyilir: "Əfqanıstanda uşaq çox, uşaqlıq isə yoxdur". Söhrabı
Talibanların əlindən xilas edən Əmirə "qəhrəman" deməyə dilimiz gəlməsə də, hər halda müəyyən qədər günahını yumuş
görünür.
Əsərin ən mühüm keyfiyyətlərindən biri də qəhrəmanların ideallaşdırılmamış, bütün qüsurları ilə bərabər verilməsidir.
Xalid Hüseyni “Çərpələng Uçuran”dan sonra iki roman da yazmışdır – “Min möhtəşəm günəş”, “Və dağlardan səda
gəldi”. Bu əsərlər arasında mövzu baxımından çox oxşarlıq olduğundan biz bu romanları “Əfqan trilogiyası” da adlandıra
bilərik.
Dostları ilə paylaş: |