Microsoft Word Materiallar Full


XX ƏSR QƏRB ƏDƏBİYYATŞÜNASLIQ KONSEPSİYASININ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə633/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   629   630   631   632   633   634   635   636   ...   1149
XX ƏSR QƏRB ƏDƏBİYYATŞÜNASLIQ KONSEPSİYASININ 

ÖYRƏNİLMƏSİ VƏ TƏDQİQİNƏ DAİR 

 

Emiliya ƏSGƏROVA 

Naxçıvan Dövlət Universiteti 



em.askerova@gmail.com 

 

Qərb  ədəbi-bədii prosesinin sistemli və monoqrafik nəşrini hazırlamaq  əslində böyük zəhmət və bu sahənin mahir 

bilicisi olmaq səlahiyyəti tələb edir. Doğrudur, son illərədək azərbaycanlı oxucu müasir dünya ədəbiyyatının bir sıra 

nümunələrini doğma dilimizə edilmiş tərcümələrlə mütaliə etmişdir. Lakin oxucunun Qərb ədəbi fikri ilə tanışlığı isə demək 

olar ki, yox dərəcəsində idi. 

Prof. Qorxmaz Quliyev müqayisəli ədəbiyyatşünaslığın qarşısında duran ən vacib və əhəmiyyətli bir problemin elmi 

həlli yolunda cəsarətli addım ataraq belə bir missiyanı yerinə yetirməyə səy göstərmişdir. Onun 2012-ci ildə nəşr olunmuş 

“XX  əsr  ədəbiyyatşünaslıq konsepsiyaları” adlı kitabı geniş oxucu kütləsi, xüsusilə ali məktəb müəllimləri və  tələbələri 

üçün nəzərdə tutulmuşdur. Müəllif nəşrin Ön sözündə dünya bədii fikri ilə  tərcümələrlə tanış olan oxucunun 

ədəbiyyatşünaslığın aparıcı meylləri, yaxud konsepsiyaları haqqında öz sözünü söyləmək imtiyazına malik olduğunu etiraf 

etməsi təsadüfi deyildir. Daha sonra prof. Qorxmaz Quliyev haqlı olaraq qeyd edir: “Lakin kənar oxucu üçün – Qərb ədəbi-

bədii fikri baxımından azərbaycanlı oxucu məhz belə bir statusa malikdir – ədəbiyyatşünaslıq, xüsusilə “doğma” 

ədəbiyyatşünaslıq süzgəcindən keçməmiş və dəyərləndirilməmiş əsərləri adekvat şəkildə mənimsəyərək özününküləşdirmək 

çətindir, bəzən də qeyri-mümkündür.” 

Tədqiqatçı alimin müqayisəli ədəbiyyatşünaslıq elmində çoxdan həllini gözləyən, vacib, aktual məsələyə həsr olunan 

kitabı bu baxımdan müəyyən məziyyətləri ilə diqqəti cəlb edir. Ədəbiyyatşünaslıq elmi yazıçı, şair sözü – əsəri, bütövlükdə 

yaradıcılığı haqqında, bu və ya digər  əsərin ideya-bədii və estetik dəyəri, xüsusiyyətlərinə dair konseptual təsəvvürün 

formalaşmasına xidmət edir. 

XX  əsrdə - Qərb  ədəbiyyatşünaslığında inteqrasiya və diferensasiya proseslərinin dərinləşdiyi və  kəskinləşdiyi bir 

zamanda bu proseslərin ədəbiyyatşünaslıq təmayül və konsepsiyalarında özünü müəyyən dərəcədə əks etdirdiyinin şahidi 

oluruq. Qeyd etdiyimiz əsrdə yaranan ədəbiyyatşünaslıq məktəbləri özündən  əvvəlki dövrlərə xas bədii-estetik 

konsepsiyalara (klassisizm, romantizm, naturalizm və b.) istinad edərək yeni ədəbi prosesin ümumi axarında öz yerini 

axtarıb tapmağa çalışmışdır. Bu baxımdan prof. Qorxmaz Quliyevin aşağıdakı mühakiməsi diqqəti çəkir. O yazır: “...XX əsr 

Qərb ədəbiyyatşünaslığı nə qədər yeni hadisə təsiri bağışlasa da, mahiyyət etibarı ilə hələ antik dövrdə yaranmağa başlamış 

və bir-birini əvəzləməklə ədəbi-bədii fikri müşayiət etmiş bədii-estetik konsepsiyaların davamı və inkişafıdırlar... XX əsrdə 

formalaşmış  ədəbiyyatşünaslıq konsepsiyalarının meydanagəlmə  səbəblərini və genezisini bütün təfərrüatı ilə müəyyən 

etmək üçün estetik fikrin bütün tarixini, onun keçdiyi bütün dolanbac yolları nəzərdən keçirmək lazım gələrdi”. 

Doğrudur, antik təlimdə onun həssas mahiyyətini təqlid, yaxud mimesis təşkil etdiyini Qərb estetik fikir tarixində 

Platonun  əsas müddəası kimi qəbul etmək olar. Onun “Dövlət”  əsərində (üçüncü kitabında) təqlid nəzəriyyəsi irəli 

sürülmüş, onun mahiyyəti oxşatma ilə izah edilmişdir. Platonun şagirdi Aristotel də öz estetikasında varlığı ilkin obrazlara 

təqlid olduğunu göstərmişdir. Beləliklə, Aristotelin təliminə görə təqlid nəinki incəsənətin əsasını təşkil edir, eyni zamanda 

yaradıcılıq prosesinin əsas mahiyyətini təşkil edir. 

Qərbi Avropada cavan ədəbiyyatşünaslıq elminin yarandığını nəzərə alsaq XX əsrdə təşəkkül tapmış ədəbiyyatşünaslıq 

məktəblərinin və konsepsiyalarının təşəkkül tapdığını cəsarətlə söyləmək olar. XIX əsrin əvvəllərində estetik fikrin ümumi 

kontekstindən ayrılan ədəbiyyatşünaslıq elmi ayrıca bir elm sahəsinə çevrilmişdir. Heç şübhəsiz ki, XIX yüzillikdə bəşər 

fikrinin elmi əsasını təşkil edən pozitivizm  ümummədəni ideoloji konsepsiya kimi çıxış etmişdir. 

Beləliklə, XX əsr  ədəbiyyatşünaslıq konsepsiyalarından söhbət açarkən XIX əsrin  əvvəllərində formalaşmış 

pozitivizm, bioqrafik metod kimi ədəbiyyatşünaslıq konsepsiyalarının XX əsrdə yaranan yeni konsepsiyalarla müəyyən 

metodoloji yaxınlıq prinsipləri ilə qruplaşdırılması və ümumiləşdirilməsi tədqiqatçı alimlərin üzərinə düşür. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   629   630   631   632   633   634   635   636   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin