MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MƏSDƏRİN NOMİNATİV
XÜSUSİYYƏTLƏRİ
Sərinə MƏHƏRRƏMOVA
Bakı Slavyan Universiteti
sarin_mp@yahoo.com
Hər bir nitq hissəsinin özünəməxsusu xüsusiyyətləri olduğu kimi, məsdərin də spesifik qrammatik xüsusiyyətləri
vardır. Məsdər özündə iki nitq hissəsinin (isim və fel) xüsusiyyətlərini cəmləşdirən mürəkkəb qrammatik kateqoriyadır.
Məsdərin həm Azərbaycan, həm də ingilis dillərində verbal xüsusiyyətlərini artıq müəyyən dərəcədə dilçilər
işıqlandırmışdır. Məsdərin nominativ xüsusiyyətlərini müxtəlifsistemli dillərdə (Azərbaycan və ingilis dilli materialları
əsasında) necə səciyyələndirmək olar?
Azərbaycan dilində infinitivin nominativ xüsusiyyətləri nisbətən azdır və bu bir tərəfdən tədqiq olunan kateqoriyanın
tarixi inkişafı ilə əlaqədardır, digər tərəfdən isə infinitivin nitq hissələri sistemində tutduğu mövqedən asılıdır.
Azərbaycan dilində infinitivin nominativ xüsusiyyətləri nisbətən geniş əhatə dairəsinə malik olduğu halda, ingilis
dilində bu əhatə dairəsinə malik olduğu halda, ingilis dilində bu əhatə dairəsi daha məhduddur.
İngilis dilində infinitivin nominativ xüsusiyyətləri özünu yalnız sintaktik səviyyədə biruzə verir. Azərbaycan dilindən
fərqli olaraq ingilis dilində infinitivin nə hal, nə mənsubiyyət kateqoriyası var. Qədim ingilis dilində infinitivin hal
şəkilçilərinə malik olmuşsa da, sonralar bu şəkilçilər aradan çıxmışdır.
Nominativ-latın mənşəli söz olub, nomen-yəni ad mənası daşıyan sözdən əmələ gəlmişdir. Biz məsdərin nominativ
xüsusiyyətləri dedikdə, onun ismi və ya ad xüsusiyyətlərini nəzərdə tuturuq.(2,74)
Felin və eləcə də fel sisteminə daxil olan məsdərin nominativ funksiyalarını təsvir və təhlil etmək çox çətin problemlər
yaradır. Belə ki, bir tərəfdən məsdər hər iki dilin inkişafının ən ilkin dövrlərində hərəkət adı kimi formalaşmış, lakin sonra
tədricən feli xüsusiyyətlər üstün gəldiyindən məsdər fel sistemində vətəndaşlıq qazanaraq, möhkəm yer tutmuşdur. Bu fakt
isə təbii olaraq məsdərin nominativ funksiyalarının azalmasına gətirib çıxarmışdır. Digər tərəfdən, fel elə bir kateqoriyadır
ki, dil sistemində bütün digər nitq hissələri (məs. isim, sifət, say və s.) onun reallaşmasında köməkçi rol oynayır, hətta isim
də feldən iyerarxiya asılılığındadır.(1,79)
İngilis dilində infinitiv ismin çıxış etdiyi bütün funksiyalarda işlənir. Belə ki, infinitiv isim kimi aşağıdakı sintaktik
funksiyalarda iştirak edir: mübtəda, tamamlıq,predikat, təyin və zərflik.
Praktik qrammatikaya aid bir çox kitablarda infinitivin nominativ xüsusiyyətlərindən danışarkən onun yalnız
mübtəda, tamamlıq və predikativ funksiyalarında çıxış etməsi göstərilir.
Zənnimizcə, infinitiv təyin və zərflik funksiyasında çıxış etməsini nominativ xüsusiyyətlərə aid etmək olar. Məs.:
Lanny came here to study. Lənni buraya oxumaq üçün gəldi-zərflik funksiyası. The best thing noü üould be to go back-Ən
yaxşı şey çıxıb getmək olardı-təyin funksiyasında.(I.Levin)
Ümumiyyətlə, qeyd olunmalıdır ki, nominasiya sahəsində isim feldən üstündür və bunu sübuta yetirmək üçün o faktı
nəzərə almaq lazımdır ki, felin semantikasını təhlil edərkən biz mütləq həmin felin hüdudundan kənara çıxmalıyıq. Fel
leksemlərinin məna strukturlarını təhlil etmək üçün biz mütləq onları formalaşdıran adlara və hərəkətlə obyekt-subyekt
münasibətlərinin öyrənilməsinə müraciət etməliyik.(3,119)
Beləliklə, ismin nominativ funksiyaları daha müstəqil, geniş və rəngarəngdir.
Müasir Azərbaycan dilində məsdərin nominativ xüsusiyyətləri bunlardır:
1. Kəmiyyət kateqoriyası: Məsdər məzmun etibarı ilə bəzi hallarda mücərrədliyə imkan verir. Məhz buna görə də oxumaq,
yazmaq və s. kimi məsdərləri cəm formasında (oxumaqlar, yazmaqlar) işlətmək mümkün deyil.
2. Hal kateqoriyası: Müasir Azərbaycan dilində hal şəkilçiləri bəzi nitq hissələrinə, məsələn, substantivləşmiş sifətlərə,
saylara, əvəzliklərə, eləcə də məsdərə qoşula bilir. Məsdərin hallara görə dəyişməsi onun isimlərlə daha çox bağlı
|