Microsoft Word Materiallar Full


ONE QEYRİ-MÜƏYYƏN ƏVƏZLİYİ  VƏ ONUN XÜSUSİYYƏTLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə696/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   692   693   694   695   696   697   698   699   ...   1149
ONE QEYRİ-MÜƏYYƏN ƏVƏZLİYİ  VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

 

 

Sona İSKƏNDƏROVA 

Bakı Slavyan Universiteti 



gunnur.musti@gmail.com 

 

“One” sözü ingilis dilində həm say, həm əvəzlik, həm də isim kimi işlənir. “One” sözü işlənmiş cümləni başa düşmək 

üçün həmin sözün mənasını  və cümlədəki sintaktik vəzifəsini nəzərə almaq lazımdır. Bu söz ismin qarşısında işlənib 

kəmiyyət bildirdikdə say olur, mənası isə “bir”  deməkdir. Qeyd edək ki, “One” sayının  əvəzinə qeyri-müəyyən artiklın 

işlənməsi belə cümlələrin mənasına xələl gətirmir. Çünki ingilis dilindəki qeyri-müəyyən artikl  (a) tarixən  “One” sayından 

əmələ gəlmişdir. Lakin “One”  sayı qeyri-müəyyən artiklla həmişə eyniyyət təşkil etmir və yaxud əksinə. Azərbaycan dilçisi 

olan Edison Hacıyev “İngilis dilində çox işlənən bir sıra sözlərin bəzi xüsusiyyətləri” adlı məqaləsində bu iki dil vahidinin 

oxşar cəhətləri ilə yanaşı  müəyyən fərqli cəhətlərinin olduğunu yazır: “Hələ  qədim ingilis dilində qeyri-müəyyən artikl 

yalnız əşyanın təkliyini göstərmək üçün deyil, həm də ismin ümumi mənada olduğunu göstərmək üçün işlədilirdi. Müasir 

ingilis dilində “One” sayı və mənşə etibarilə ondan əmələ gəlmiş qeyri-müəyyən artikl iki qrammatik kateqoriya ifadə edir: 

kəmiyyət və qeyri-müəyyənlik. Həmin mənaların hansının daha üstün olmasından və daha qabarıq nəzərə çarpmasından 

asılı olaraq ismin qarşısında ya “One” sayı, ya da qeyri-müəyyən artikl işlənməlidir. Aşağıdakı cümlələrə nəzər salaq:One 

day a telegram arrived.One night there was a terrible storm.” 

Bu cümlələrdə “One” sayı “day, night” isimləri ilə işlənərək iş, hal və hərəkətin baş verdiyi vaxtı bildirir. Azərbaycan 

dilinə tərcümə etdikdə “One”  sayı öz leksik mənasını (bir) saxlayır. “Bir gün bir teleqram gəldi”,  “Bir gecə bərk tufan var 

idi” cümlələrində isə “One” sayını qeyri-müəyyən artiklla əvəz etmək mümkün deyil, çünki həmin cümlələrdə  kəmiyyət 

mənası  qeyri-müəyyənliyə nisbətən daha üstündür. Lakin “ A rainy day is very common in England” cümləsində qeyri-

müəyyən artiklı heç cür “One” sayı ilə əvəz etmək olmaz, əks təqdirdə “Yağışlı gün İngiltərədə adi haldır” cümləsi alınardı. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   692   693   694   695   696   697   698   699   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin