II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
392
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Qeyri-müəyyənlik mənası kəmiyyət mənasına nisbətən daha qabarıqdır və bu səbəbdən də qeyri-müəyyən artiklın “One”
sayı ilə əvəz edilməsi mümkün deyil.
Kauşanskaya “one” sözünü qeyri-müəyyən şəxs əvəzlikləri qrupuna (indefinite-persona pronoun) daxil edərək onun
istənilən adam, şəxs mənasına işləndiyini deyir. Onun fikrincə qeyri-müəyyən əvəzlik olan “one” ümumi mənada işlənir:
Only one with a constitution of iron could have held himself down, as Martin did. ( J.London)
Əvəzlik kimi çıxış edəndə “One” sözünün mənasını müəyyən etmək saya nisbətən çətindir. “One” əvəzliyinin iki
variantı var: qeyri-müəyyən əvəzlik, qeyri-müəyyən şəxs və ya ümumi şəxs əvəzliyi.
Qeyri-müəyyən əvəzlik olduqda “One” adətən sifət-əvəzlik adlanır. Şəxsə və əşyaya aid olan “One” cümlədə təyin
vəzifəsində çıxış edir. Azərbaycan dilinə “bir, birisi” və s. kimi tərcümə olunur. Qeyri-müəyyən əvəzlik kimi işlənən “One”
sözünün nə hal, nə də kəmiyyət kateqoriyası var.
Oruc Musayev “İngilis dilinin qrammatikası” adlı kitabında “one” sözünün qeyri-müəyyən şəxs və ya ümumi şəxs
əvəzliyi olduqda ancaq şəxs anlayışı bildirdiyini qeyd edir: “İsim-əvəzlik olan “One” adlıq və yiyəlik hallarında işlənə bilir.
Adlıq halında “One” cümlədə mübtəda vəzifəsində çıxış edir və Azərbaycan dilinə “adam, hamı, hər kəs” və s. sözlər
vasitəsilə tərcümə olunur. Yiyəlik hal forması “one’s” cümlənin təyini kimi çıxış edir.” Əgər “one” əvəzliyinin mübtəda
olduğu cümlənin xəbəri inkar formasındadırsa, “one” dilimizə “heç kim, heç kəs” sözləri vasitəsilə tərcümə edilir.
Mübtədası “one” əvəzliyi ilə ifadə olunmuş bəzi cümlələrin dilimizdəki qarşılığı isə ya qeyri-müəyyən şəxsli və ya ümumi
şəxsli cümlələr olur. Belə hallara xəbəri modal fel və məsdərlə ifadə olunmuş cümlələrdə təsadüf edilir. “One” əvəzliyi
“must, should, can, may, ought, need” modal felləri işlənmiş cümlələrin mübtədası olduqda Azərbaycan dilinə tərcümə
edilmir. Həmin cümlələr modal felin mənasına müvafiq tərcümə olunur. Məsələn: One should be careful while crossing the
street. Küçəni keçəndə ehtiyatlı olmaq lazımdır. One can buy this book in any shop. Bu kitabı hər mağazadan almaq olar.
Xaimoviç əvəzliklərin təsnifatından danışarkən “one” sözünü onlardan ayırır. O, “one” sözünün üç variantının oldğunu
göstərir: 1) qeyri-müəyyən əvəzlik, 2)qeyri-müəyyən şəxs və ya ümumiləşdirici şəxs əvəzliyi, 3)əvəzedici söz (prop-word).
İngilis dilində əvəzliklər ismə məxsus xüsusiyyətlərin hamısını qəbul edə bilmir. Onların bəziləri artiklla işlənir,
bəziləri yiyəlik hal şəkilçisini qəbul edir, bir neçə əvəzlik isə kəmiyyət kateqoriyasına malikdir. “One” sözü ismə məxsus
bütün xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün əvəzlik deyil, isimdir. Lakin “one” ayrılıqda əşyalıq məzmunu ifadə etmir,
o, ancaq cümlə daxilində əvəz etdiyi ismin mənasını qebul etdikdə əşyalıq bildirir. Bu xüsusiyyət onu digər isimlərdən
fərqləndirir.
Dostları ilə paylaş: |