QARA BRİTANİYA ƏDƏBİYYATININ ƏSAS MÖVZULARI
Turanə ABDULLAYEVA
Qafqaz Univeristeti
turane_1988@mail.ru
Qara Britaniya ədəbiyyatı termini ədəbiyyata XX əsrin 40-cı illərində daxil edilsə də 70-ci illərdən populyarlaşmağa
başlamışdır. Bu ədəbiyyatın nümyəndələri müxtəlif mövzulara toxunmuşlar. Uşaqlıq, yaşlılıq, tarixi, mənsubluq və dil
problemlərinə həsr olunmuş mövzular da yazılan əsərlər böyük oxucu marağına səbəb olmuşdur.
Qara Britaniya ədəbiyyatında ən mühüm mövzulardan biri uşaqlıq dövrü məsələsidir. Bəzi gənc yazarlar bu mövzuya
toxunduqlarından öz həyat təcrübələrinə daha çox müraciət etmişlər. Birçoxları hətta qız uşaqlarının oğlan uşaqlarından
daha çox əziyyət çəkdiyinidə qeyd etmiş, cins baxımındanda bu mövzuya toxunmuşdurlar. Məsələn gənc yazar, Karl Filips
müsahibəsi zamanı qeyd etmişdiki, qərbi Hindistanlı olduğu üçün o qadınların kişilərdən daha çox əziyyət çəkdiyinin şahidi
olmuşdur. Onlar uşaq yaşlarından müxtəlif mənəvi zərbələr almışlar, bu, onların sonrakı həyatlarınada dərin iz
buraxmışdır(Birbalsingh, 1986,səh.147). Bu mövzuda yazılmış ən məşhur nəsr əsərlərdən biri də Joan Rileyin 1985-ci ildə
yazılmış “Mənsubolunmaz” (“the Unbelonging”, London: The Women's Press, 1985) əsəridi. O İngiltərədə yaşayan qeyri-
ingilis əsilli qadınların həyat təcrübələrindən yazan ilk qadın yazıçıdır. Əsərdə 10 yaşlı Sünbülün(Hyacinth) İngiltərəyə
gəldikdən sonra irqçiliklə bağlı yaşadığı əziyyətli günlərdən danışılır.
Ümidsiz yaş dövrü hesab edilən yaşlılıq dövrü ilə bağlı mövzular Qara Britaniya ədəbiyyatında diqqət verilən
mövzulardan biridir. Artıq yaşlanmış, uzun müddət mühacir həyatı yaşamış olan yaşlı mühacirlərin bəziləri dözə bilməyərək
hətta öz doğma ölkələrinə qayıtmış, lakin burada da böyük maliyyə problemləri ilə üzləşmişdilər. Bu ədəbiyyatda belə
mövzuda yazılmış məşhur romanlardan biri 1987-ci ildə Ravinda Ratva tərəfindən yazılmış “Bədəməl yaşlı qadın”(“A
Wicked Old Woman”)əsəridi. Greys Nikolsun “Leyçester mərkəzi parkının skamyasında iki qara yaşlı adam” əsərin də iki
qara dərili yaşlı adamın soyuq havada acınacaqlı vəziyyətdə oturub və onların gələcək həyatları haqqında olan arzuları vəsf
olunur.
Qara Britaniya ədəbiyyatında əsas yayılmış mövzulardan biri də vətənə qayıdış məsələsidir. Yazıçılar doğma ölkəsinə
geri qayıtma məsələsini ayrlca bir bölgü kimi qəbul edib, mühacirlərin uzun müddətdən sonra öz doğma ölkələrində
rastalşdıqları çətinlikləri qələmə almışdırlar. Bu yazarların əksəriyyəti daha əvvəllər Britaniyaya gələn nəsillərdən olmuşlar.
Onlar arasında Sam Selvonu göstərmək olar. Iki mühüm problem bu mövzu ilə bağlı daha çox qeyd edilmişdir. Birincisi
bəzi mühacirlərin geri qayıtmasının qeyri-mümkünlüyü maliyyə vəziyyəti bağlıdır, bəzilərində isə bunun əsas səbəbi qorxu
hissi ilə əlaqələndirilir. Bu digər ikinci mühüm məsələdir. Çünki gənc nəslin bəzi nümayəndələri demək olar ki, öz doğma
vətənlərində ümumiyyətlə olmayıblar. Vernella Fullersin “Vətənə dönüş”(“Going Back Home” (1992)) nəsr əsəri buna ən
baiz nümunədiri. Digər bir Asiya əsilli yazıçı Meyling Jinnin(ikinci adı Qayana) bu mövzu ilə bağlı yazdığı “Tıqqıltı”(“The
Knock” (1990)) əsərində mühacirlərin məcburi köçürülməsindən bəhs olunur.
|