Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə713/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   709   710   711   712   713   714   715   716   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

398 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

PİTER AKROYD VƏ MÜASİR BİOQRAFİK ROMAN 

(Klassik sənət adamlarının bioqrafik romanda yeri məsələsi) 

 

Xəyalə İBRAHİMOVA 

Azərbaycan Dillər Universiteti 



ibrahimovaxeyale@yahoo.com 

 

Piter Akroyd (Peter Ackroyd, 1949) müasir Britaniya ədəbiyyatında imzasını yazıçı, bioqraf, şair və  şərhçi kimi 

tanıdan nüfuzlu sənət adamıdır. O, qərbi Londonda ərsəyə çatmış, müqəddəs Benedikt məktəbində orta təhsil almış, 

Kembric Universitetinin məzunu olmuşdur. 1973-1982-ci illərdə 1701-ci ildə  əsası qoyulan “Spectator” adlı  mətbu 

orqanında çalışmış, 1986-cı ildə isə 1788-ci ildən “The Times” adlanan qəzet redaksiyasında şərhçi kimi əmək fəaliyyətini 

davam etdirmişdir. 

Lakin onun bədii yaradıcılığa şeirlə başladığı göstərilir. Piter Akroyd 1973-cü ildə “London qəpik-quruşu” (“London 

Lickpenny”) adlı şeirlər kitabını nəşr etdirmişdir. 1970-ci illərdə mədəni tənqidə dair iki kitabı dünya işığı görsə də, əslində 

mədəni və ədəbi arealın adamları, eləcə də geniş oxucu kütləsi onu daha çox bioqraf və yazıçı kimi tanıyır. Müəllifin “Ezra 

Paund” (“Ezra Pound”, 1980), “T.S.Eliot” (“T.S.Eliot”, 1984), “Çarlz Dikkens” (“Charles Dickens”, 1990), “Uilyam Bleyk” 

(“William Blake”, 1995), “Ser Tomas Mor” (“Sir Thomas More”, 1998), “London: Bioqrafiya” (“London: The Biography”, 

2000), “Temza: Müqəddəs  şəhər” (“Thames: Sacred City”) və digər bioqrafik romanları onun müasir Britaniya 

ədəbiyyatının yeni tarixi mərhələsində mühüm və özünəməxsus yeri ilə seçildiyini söyləməyə zəmin yaradır. 

Keçmiş tarixi nəqllərlə müasir dövrün hekayətlərinin vəhdətini yaradan Piter Akroyd həm realist romanlarında, həm də 

bioqrafik janrda qələmə aldığı romanlarında öz yazıçı-bioqraf sözünü, mühakiməsini bədii sözün qüdrəti ilə novator kimi 

çıxış edir. 

Müasir dövr Britaniya ədəbiyyatında həm oxucuların, həm də tədqiqatçı alimlərin ciddi marağına səbəb olan bioqrafik 

romanlar təbii ki, oxucuların, eləcə  də  tədqiqatçı alimlərin keçmiş dövrün klassik sənət adamlarının həyatına və 

şəxsiyyətinə, xüsusilə onların qeyri-adi həyat təcrübəsindən bəhrələnmək imkanlarına dəstək rolunu oynayır. İndi mənəvi 

dünyada baş alıb gedən kəskin kataklizmlər (cəmiyyətdə  kəskin və dağıdıcı çevrilişlər) insanları klassik sənət adamları 

haqqında bioqrafik romanların oxucusuna çevirmək imtiyazını  və ehtiyacını qazandırmışdır. Rus alimi D.Jukov 

“Bioqrafiyanın bioqrafiyası: janr haqqında düşüncələr” (Moskva, 1980) adlı kitabında bioqrafiya janrı haqqında 

mühakiməsində haqlı olaraq yazır: “Bioqrafiya – yazıçıları müasir dövrümüzə yaxınlaşdırmaq, onu çağdaş  ədəbi 

mühitimizə daxil etmək, eləcə də onunla bu və ya digər dərəcədə birbaşa dialoq qurmaq cəhdidir. Bioqrafiya yazıçı ilə və 

onun yaşadığı tarixi dövrlə dialoqdur” (2, s. 169). 

“Biz özümüzü yalnız keçmişi dərk edəndə başa düşə bilərik” yazan Piter Akroydun bioqrafik roman janrında yazdığı 

romanlarında yazıçı məni keçmiş yazıçıların bioqrafiyası fövqündə özümüzü və keçmişi dərk etmək imkanlarına yeni bir iz 

açır, söyləsək, yanılmarıq. 

Piter Akroydun əsasən yazıçı, şair və dramaturqların həyatı və şəxsiyyəti barəsində bioqrafik romanlarında onun nasir, 

bioqraf, tarixçi və ədəbiyyatşünas mövqeyi xüsusilə diqqəti çəkir. Və biz elə hesab edirik ki, müasir bioqrafik romanların 

yeni tipini yaradan yazıçı-bioqraf öz ideya-estetik axtarışları ilə keçmişlə müasir dövrün bir növ vəhdətini yarada bilmişdir. 

Tədqiqatçı Yeganə Abdullayeva Qərbi Avropa ədəbiyyatında bioqrafik roman janrının səciyyəvi xüsusiyyətləri 

məsələsinə toxunaraq yazır: “... bioqrafik roman janrı  bədii bioqrafik təhkiyənin digər növləri arasında xüsusilə seçilir. 

Bundan  əlavə, müasir romanın digər janr müxtəlifliyi ilə çulğalaşaraq, bioqrafik romanlar onların bir sıra elementlərini 

ehtiva etmiş olur” (1, s.160). 

Daha sonra müəllif bioqrafik romanda sənətkarın ideya-mənəvi mövqeyinin müəyyənləşdirilməsini ön plana çəkərək 

bu məsələnin xüsusilə vacib olduğu qənaətini ifadə edir. Fikrimizcə, bioqrafik romanda xronoloji ardıcıllıq nə qədər mühüm 

vəzifə olsa da, romanın bədii sistemində bioqrafın bədii açıqlamalarında vəsf etdiyi yazıçının, yaxud şair-dramaturqun 

ideya-estetik axtarışları ilə yanaşı onun ədəbiyyatda sənətkar mövqeyinin müəyyənləşdirilməsi də  ən vacib 

komponentlərdən biridir. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   709   710   711   712   713   714   715   716   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin