Microsoft Word Materiallar Full


AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ FELİN KEÇMİŞ ZAMAN KATEQORİYASI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə716/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   712   713   714   715   716   717   718   719   ...   1149
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ FELİN KEÇMİŞ ZAMAN KATEQORİYASI

 

 

Z.X.AĞAYEVA 

Bakı Slavyan Universiteti 



zibeyde-agayeva@mail.ru 

 

Başqa zaman anlayışları kimi, keçmiş zaman da universal xarakter daşıyır və bütün dillərdə mövcuddur. Azərbaycan 

dilində keçmiş zaman mikrosahəsi iki zaman forması ilə  təmsil olunur. Bunlar –dı

4

  şəkilçisi ilə düzələn  şühudi keçmiş 



zaman, -mış

4

  və  -ıb



4

  şəkilçiləri ilə  əmələ  gələn nəqli keçmiş zaman formalarıdır. Bu zaman formaları qrammatik zaman 

kateqoriyasının və ya  başqa sözlə desək,  morfoloji keçmiş zaman mikrosahəsinin nüvəsini təşkil edir. 

Ümumiyyətlə, Azərbaycan dilində qrammatik keçmiş zaman iki standart formada təzahür edir. Əlbəttə, ingilis dili ilə 

müqayisədə Azərbaycan dilində  keçmişlik məzmununun ifadəsində müəyyən dərəcədə sıxılma olduğu aşkara çıxır. Belə ki, 

ingilis dilindəki semantik keçmiş zaman zonası müəyyən laylara bölünür və bu laylar indiki zamana nisbətdə müxtəlif 

uzaqlıqları  əks etdirir. Yaxın və uzaq keçmişi, keçmişi və keçmişdən  əvvəlkini fərqləndirmək üçün ingilis dilində dörd 

morfoloji formadan istifadə edilir: The Past Indefinite, The Past Continuous, The Past Perfect, The Past Perfect Continuous. 

İngilis dili üçün morfoloji keçmiş zaman mikrosahəsinin nüvəsini təşkil edən dörd formadan biri The Past Indefinite Tense 

digər üç analitik formadan fərqli olaraq keçmişlik mənasının ifadə edilməsində dominant rola malikdir. Davamedici zaman 

formaları olan The Past Continuous və The Past Perfect Continuous kommunikasiya prosesində az işlənir. Bu isə onu 

göstərir ki, ingilis dilində morfoloji keçmiş zaman mikrosahəsinin komponentləri arasında analitik keçmiş zaman formaları 

kəmiyyət etibarı ilə çoxluq təşkil etsə  də, nitq prosesində aparıcı mövqe sintetik feil forması olan The Past Indefinite 

formasına məxsusdur. 

Funksional münasibətdə The Past Indefinite zaman formasının işlənməsi Azərbaycan dilindəki –dı

4

  şəkilçili keçmiş 



zaman formasının işlənməsi ilə  təqribən eynidir. Belə ki, Azərbaycan dilində –dı

4

  şəkilçili keçmiş zaman forması daha 



işləkdir. Və yüksək kommunikativ yük daşıyır. Bu forma iki şəkli əlamətlə (-mış

4

 və –ıb



4

) çıxış edən nəqli keçmiş zaman 

forması ilə müqayisədə daha işləkdir və dominant rol oynayır. Həmçinin, –dı

4

  şəkilçili formanın məna xüsusiyyətləri 



arasında nəzəri o cəlb edir ki, bu forma ilə iş, hal və ya hərəkətin keçmişdə qəti icra olunub bitdiyini bildirir. Məsələn: O 

mənim Bakıda olduğumu anamdan öyrəndi. 

-mış

4

 şəkilçili forma üçün səciyyəvi cəhət keçmiş zamanda icra olunmuş iş və ya hərəkətin mövcud olmuş halın qeyri-



müəyyən keçmişə aid olunduğunu bildirir.Məsələn: Biz sənin dostluğunu düşmənlərimizə verdiyin cavablardan 

görmüşük,səni bərkdə-boşda sınamışıq,əziz Qara Kepka,belə sözlər nəyə lazım? (Elçin) 

İngilis dilində isə keçmişdə baş vermiş hərəkətlərin ifadəsi üçün bir neçə morfoloji forma mövcud olsa da, aparılan 

araşdırmalardan belə  nəticəyə  gəlmək olar ki, nitq prosesində  əsas yük The Past Indefinite zaman formasının üzərinə 

düşür.Bu formanın nitq prosesində kommunikativ yükü,işləklik dərəcəsi digər üç komponentin birlikdə götürülən 

göstəricilərindən daha çoxdur. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   712   713   714   715   716   717   718   719   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin