Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə724/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   720   721   722   723   724   725   726   727   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

405 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qədər artmışdı ki, qız uşaqları böyüyərkən çirkin və utandırıcı bir hərəkət etməsinə  fürsət buraxmamaq üçün onları körpə 

ikən  öldürməyə və yaxud da diri-diri basdırmağa başlamışdılar”. Bu fıkirlə o göstərir ki, qız uşaqları cəmiyyətin yararsız, 

lazımsız bir məxluqu olaraq, dövrün tələbinə uyğun  şəkildə yetişdirilən  əks cinsin nümayəndələri tərəfindən utanmaq və 

rəzil olmaq qorxusu  ilə qətl edilir və gələcəkdə başıaşağı olmaqdan birdəfəlik xilas edir.  

Vəd adətinin həyata keçirilməsinin digər səbəblərindən biri də dünyaya gələn qız uşaqlarının qəbilə üçün bir yük 

olmasıdır. Cahiliyyət ərəblərinin fikrinə görə, oğlan uşaqları böyüyürkən ov ovlayır, müharibələrdə iştirak edir, karvanlara 

hücum edib onları qarət edir, qəbiləyə qənimət gətirir. Qız uşaqları isə evdə oturur, qəbiləyə heç bir gəlir gətirmir, muharibə 

vaxtı isə evdə tək qalaraq kişiləri düşmən qarşısında zəif salır. Bir sözlə balaca ikən doyurulacaq bir bogaz, böyüyüncə isə 

qorunulacaq bir namusdur. Onların mövcudluğu istər namus, istərsə də maddi baxımdan cahil ərəb üçün təhlükə doğururdu. 

Bu səbəbdən qız övladrından tezliklə qurtulmağı zəruri hesab edirdilər.  

Mənbələrdən aydın olur ki, “vəd” adəti qəbilə üzvləri tərəfindən illərlə vəhşicəsinə həyata keçirilirdi. Sanki bu dəhşətli 

reallığı sındırmağa qadir olan bir qüvvə yox idi. Lakin tezliklə insanlara sülh, məhəbbət və gözəllik bəxş edən  yeni bir din – 

müqəddəs İslam dini- meydana gəldi. Allah Təalə belə bir cahil cəmiyyətə sonuncu rəsulunu – Məhəmməd peyğəmbəri – 

(s) elçi olaraq və onun vasitəsi ilə Müqəddəs Kitabını – Qurani-Kərimi – nazil etdi.  Yeni din cahilliyətin bütün çirkin və 

vəhşi adətlərini rədd edərək qadin şəxsiyyətini ucaltdı  və hüquqlarını qorudu. Qadının varlığını özünə  təhqir hesab edən 

cahil ərəblərin fikirlərini alt-üst edərək ayələr nazil etdi: 

اﺮﻴﺒآ ﺎﺌﻄﺧ نﺎآ ﻢﻬﻠﺘﻗ ّنا ﻢآﺎّﻳا و ﻢﻬﻗزﺮﻧ ﻦﺤﻧ قﻼﻣا ﺔﻴﺸﺧ مﻮآدﻻوأ اﻮﻠﺘﻘﺗ ﻻ و 

“Yoxsulluqdan qorxub [Cahiliyyə dövründə olduğu kimi] övladlarınızı [xüsusilə, qız uşaqlarını] öldürməyin. Biz 

onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır! [ “İsra” surəsi, 31-ci ayə] 

Beləliklə, Qurani-Kərim bu qaranlıq cəmiyyətin  cahil adətlərini kökündən qopartdı və qız övladlarının qətlini qadağan 

etdi. C. Zeydanın qeyd etdiyi kimi “bu adət çox davam etmədi və İslam dininin zühuru ilə tamamilə ləğv edildi”. 

Çox təəsüflə qeyd etməliyik ki, bu adətin ləğv edilməsinə baxmayaraq  onun izləri muasir cəmiyyətimizdə 

qalmaqdadır.  Artıq cahiliyyət dövründən on yeddi əsr keçmişdir, lakin qadınlar barədə bugün də  mənfi münasibət öz 

hökmünü sürür. Əsasən də islam ölkələrində ailədə oğlan uşaqlarının dünyaya gəlməsinə daha çox sevinirlər. Beləliklə, bu 

mövzu əsrlər boyu müzakirə olunan və sanki öz həllini heç vaxt tapa bilməyən bir məsələdir. Lakin bu bir fikir, düşüncə 

olaraq insanlar arasında qalır. Çünki bir çox ölkələrdə, həmçinin BƏR, Misir, Suriya, Əfqanistan, İran, İraq  kimi müsəlman 

ölkələrində ana bətnində olarkən övladın məhv edilməsi qanunvericilik tərəfindən qadağan edilmişdir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   720   721   722   723   724   725   726   727   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin