Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə732/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   728   729   730   731   732   733   734   735   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

409 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ZUR-RUMMƏ DİVANININ ŞƏRHİNDƏ XƏTİB TƏBRİZİ TƏRƏFİNDƏN 

GƏTİRİLƏN ŞƏVAHİDLƏR 

 

Leyla MƏMMƏDZADƏ 

AMEA, Şərqşünaslıq İnstitutu 



leylamemmedzade@ymail.com 

 

Ərəb şərhçiliyinin yaranması əslində dilin özünəməxsus xüsusiyyətləri ilə şərtlənmişdir. Ərəb dilindəki sözlərin daxili 



fleksiyaya uğraması, söz bazasının zənginliyi, sinonimlərin sayının çox olması vəs. dili anlama cəhətdən mürəkkəbləşdirir. 

Bu səbəbdən başda Quran olmaqla digər qiymətli  ədəbi abidələr təhrif olunma, daşıdığı  mənadan uzaqlaşma təhlükəsi 

qarşısında qalmışdır. Bunun qarşısını almaq üçün ilk əvvəl kiçik haşiyələrdə qısa qeydlər verilərək (bu səbəbdən şərhçilik 

bəzən haşiyə ədəbiyyatı da adlanır) şərhlər yazılmağa  başlayır. X əsrdə isə sözün əsl mənasında ərəb şərh ədəbiyyatının 

əsası qoyulmuşdur. 

Ərəb  şərhçilik sənəti  ərəb  ədəbi tənqidinin tərkib hissəsi olub, bir çox divanın mənasını aydınlaşdırmaq, xüsusən də 

qədim şairlərin yaradıcılığını anlamaq, bu yaradıcılığa daha dərindən bələd olmaq üçün əlimizdə olan ən mühüm mənbədir. 

Məhz bu şərhlər vasitəsilə arxaik kəlimələr, aydın olmayan məcazlar, istiarələr və başqa ədəbi formalar üzə çıxır. Yəni belə 

demək mümküdür ki, ərəb tənqidi ərəb filologiyasından törəmişdir (Фильштинский И.М, 1965,459). Çünki ilk şərhçilər və 

tənqidçilər məhz filoloqlar olmuşlar. 

Bildiyimiz kimi məşhur Azərbaycan alimi, filoloqu olan Xətib Təbrizi ərəb şərhçilik elminə öz qiymətsiz əsərləri ilə 

böyük töfhələr vermiş, bu elmi zənginləşdirmişdir. Onun şərhləri özündən  əvvəlkilərdən bir çox məziyyətləri ilə 

seçilirdi:əvvəla bu təhlillər daha dəqiq və əsaslandırılmış idi, əvvəlkilərdən fərqli olaraq şərhlər bir istiqamətdə aparılmamış, 

hərtərəfli şərh metodundan istifadə edilmişdir. Xətib Təbrizi əsərləri həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm tarixi, həm 

ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən şərhçi idi ( M.Mаhmudov, 1972, 

54). Bu səbəbdən ərəb şərhçiliyi dedikdə ağıla gələn ilk isim Xətib Təbrizidir. 

Burada təhlil ediləcək  şərh Azərbaycan  ədəbiyyatşünaslığına bugünə  qədər məlum olmamışdır. Bu, X.Təbrizinin 

məşhur  ərəb  şairi Zur-Rummənin divanına yazdığı  şərhdir. Bildyimiz kimi divana yazılan  şərhlərdə  hər beytin mənası 

açıqlanır,  ğərib və ümumişlək olmayan sözlərin izahı göstərilir, yəni leksik və morfoloji açıqlamalar olur. Bütün bunları 

oxucuya daha aydın başa salmaqdan ötrü bəzən müəyyən mənbələrə istinad edilir -bu istinad şəvahid adlanır. Bu istinadlar 

Quran ayələrinə, hədislərə, hikmətli məsəllərə  və müxtəlif  şairlərin(əsasən cahiliyyə dövrü) şerlərinə edilir. Adı  çəkilən 

əsərin Xətib Təbrizi tərəfindən tərtib edilən müqəddiməsində 90 ədəd  şəvahid qeyd edilmişdir. Bunların arasında həm 

cahiliyyə, həm muxadramun, həm də əməvi dövrünə aid şairlərin beytlərinə nümunələr gətirilmişdir. Əsərdə ümumilikdə 19 

dəfə cahiliyyə  şairlərinə, 18 dəfə muxadramun, 29 dəfə  Əməvi  şerinə,20 dəfə müəllifi göstərilməmiş qafiyələrə istinad 

edilib. Bundan əlavə Qurani-Kərimə 5 dəfə istinad edilmişdir. Şairlərdən ən çox Rubədən şəvahid gətirilmişdir (10 dəfə).  

Biz, bu araşdırmada Quran ayələrinə edilən istinadlardan nümunələr göstərmək istərdik. Təəccüblü deyil ki, heç bir 

təhrifə  məruz qalmayan, Allahın özü tərəfindən hifz edilən,  ərəb və islam mədəniyyətinin  ən dəyərli  ədəbi abidəsi olan  

Quran, ərəb və müsəlman  alimlərinin ilk istinad nöqtəsi idi. Ümumiyyətlə ərəb dilinin qrammatik meyarları Qurana əsasən 

müəyyənləşdirilib. 

Gəlin bu beytə nəzər salaq: 

 

ﻖﻄﻨﻳ نﺎآ ﻮﻟ ءاﺮﻀﺨﻟا ﻲﻓ ﻩﺎﻳا و          ﺎﻬﻧﺎآ مﻮﺠﻨﻟا ىﺮﻐﺻ ﻦﻣ ﻦﻳﺮﺸﻌﺑ 



Elə bil o, səmada iyirmi xırda ulduzla söhbətləşir 

 

 لﻮﻘﻳ



:

 ﻦﻣ نوﺮﺸﻋ ناﺮﺑﺪﻟا ﻊﻣ

"

ىﺮﻐﺻ


 "

مﻮﺠﻨﻟا


  .

 و

"



مﻮﺠﻨﻟا ىﺮﻐﺻ

 : "


ﻊﻤﺟ

 .

 ﻰﻟﺎﻌﺗ ﻪﻟﻮﻘآ



:

﴾ ﻰﻨﺼﺤﻟا ءﺎﻤﺳا ﷲ و ﴿

 .

ف

"



ﻰﻨﺴﺤﻟا

"

ﻊﻤﺟ



 .

 و مﻮﺠﻨﻟا نﺄآ لﻮﻘﻳ

لا ﻲﻓ ناﺮﺑﺪﻟا

"

ءاﺮﻀﺧ



."

ءﺎﻤﺴﻟا ﻲه و

 

.

 



(يﺰﻳﺮﺒﺘﻟا ﺐﻴﻄﺨﻟا ,1996,177) 

 

Şərhin məzmunu:  Əldəbaran (astr. Buğa bürcü) iyirmi xırda ulduzdan ibarədir. Burada müəllif xırda ulduzlar( ىﺮﻐﺻ



مﻮﺠﻨﻟا) ifadəsinin qrammatik izahını verir. Gördüyümüz kimi bu mürəkkəb sifətdir.  ىﺮﻐﺻ sifətin üstünlük dərəcəsini 

(müənnəsdə) göstərən ﻰﻠﻌﻓ modelinə uyğundur. مﻮﺠﻧ isə ﻢﺠﻧ sözünün cəmi olub ulduzlar mənasını ifadə edir və ىﺮﻐﺻ sifəti 

ilə uzlaşır. X.Təbrizi bu uzlaşmanı daha aydın şəkildə izah etmək üçün misal olaraq Qurandan bir ayə göstərir: “Ən gözəl 

adlar (


 

ﻰﻨﺴﺤﻟا  ءﺎﻤﺳا ) Allahındır.” (Qurani-Kərim,7/180). Həmin ayədə  də  məhz buna bənzər birləşmə  (ﻰﻨﺴﺤﻟا  ءﺎﻤﺳا) 

işlənmişdir. Daha sonra səma  ءاﺮﻀﺨﻟا sözünün mənasını izah edir, onun səma  ٌءﺎَﻤَﺳ  kəliməsiylə sinonim olduğunu 

göstərir.Gördüyümüz kimi burada Quran ayəsinə sözün, birləşmənin qrammatik izahını vermək üçün müraciət edilmişdir. 

 Digər bir beytə nəzər salaq: 

سراﻮﻔﻟا ﻦﻬﻧﺎﻤﻳا ﻦﻋ و ﻻﺎﻤﺷ            فﺮﺸﻣ زاﻮﺟا ﻦﺿﺮﻘﻳ ﻦﻌﻇ ﻰﻟا 

Dəvə belindəki qadınlara baxsaydın onların 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   728   729   730   731   732   733   734   735   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin