II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
407
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
260-dan çox müəllifin irihəcmli əsərlərinin ətraflı təhlili nəticəsində İ.Y.Kraçkovski bu əsərlərdə verilən məlumatların
nə dərəcədə düzgün olub olmadığını və aid olduqları ölkələrin tarixi coğrafiyasını tədqiq etmək üçün elmi qaynaq kimi
əhəmiyyətliliyini müəyyənləşdirir.
Bu qədər geniş dövrü və bu qədər irihəcmli materialı əhatə etməsinə baxmayaraq onun bu işi tamamlanmamışdır. XX
əsrə qədərki dövrü əhatə etməyi nəzərdə tutsa da yalnız XVIII əsrin əvvəllərinə kimi çata bilmişdir.
İ.Y.Kraçkovskinin bu monoqrafiyası girişdən və 24 fəsildən ibarətdir. İqnati Yulianoviç bu yazısını özü həyatda olduğu
zaman nəşr etdirə bilməmişdir. Çapa hazırlamasına və ön söz belə yazmasına baxmayaraq, bu monoqrafiya ilk dəfə
ölümündən sonra “Seçilmiş əsərləri” daxilində, ayrıca cild şəklində çap edilmişdir. Həyatda ikən yalnız ayrı-ayrı
bölmələrini məqalə şəklində dərc etdirmişdir.
Müəllif irihəcmli material əsasında digər alimlərdən daha mükəmməl və aydın şəkildə ərəb mədəniyyətinin dünya
tarixində əhəmiyyətli yer tutduğunu sübut edir və göstərir ki, bu baxımdan ərəb coğrafiya elmi aparıcı yerlərdən birini tutur.
Həmçinin ətraflı dəlillərlə isbat edir ki, bu mədəniyyətin yaranmasında ərəblərin özlərindən əlavə Orta Asiya, Qafqaz,
Türkiyə, İran və s. ölkələrin mədəniyyət nümayəndələri fəal rol oynamışdır.
İ.Y.Kraçkovskinin elmi fəaliyyətinin son dövrlərində yaratdığı, mənbələrin və elmi ədəbiyyatın bu qədər geniş əhatə
edildiyi monoqrafiyanın ərəbşünaslıq elmində analoqu olmadığını deyə bilərik.
Dostları ilə paylaş: |