Microsoft Word Materiallar Full


ƏL-MƏƏRRİ YARADICILIĞININ ƏRƏB ƏDƏBİYYATINDAKI YERİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə736/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   732   733   734   735   736   737   738   739   ...   1149
  ƏL-MƏƏRRİ YARADICILIĞININ ƏRƏB ƏDƏBİYYATINDAKI YERİ  

 

Pərviz AĞAYEV  

AMEA, Şərqşünaslıq İnstitutu 



menbeshunasliq@box.az 

 

Ərəb ədəbiyyatının parlaq simalarından biri olan Əbu Əla Əl-Müərri miladi 937-ci ildə Hələb yaxınlığında Məərrətun 



Nüman adlı  qəsəbədə elm mühitində dünyaya gəlmişdir.  İlk təhsilini atasından sonra isə dayılarından almışdır. Uşaqlıq 

dönəmində keçirdiyi çiçək xəstəliyi nəticəsində ilk öncə sağ sonra isə sol gözünü itirmişdir. O, gənclik dövründə daha çox 

elm  əldə etmək üçün Şam bölgəsini dolşmış, həyatını böyük ustad və alimlərdən faydalanmaq ilə keçirmişdir. 

Valideynlərini itirdikdən sonra mənəvi dincliyi Bağdadda axtaran ədib, burdakı mühitə uyğunlaşa bilmədiyindən yenidən öz 

məmləkətinə qayıtmışdır. Dövrünün əksər şair və ədiblərindən fərqli olaraq hər zaman fəqirlərin yanında olmuş, dəbdəbəli 

həyatdan uzaq duraraq heç zaman şerlərindən maaddi qarşılıq güdməmişdir.  Bağdadda olduğu müddətdə  şəhərin bütün 

kitabxanalarını gəzərək daha öncə oxumadığı əsərlərlə tanış olmuşdur. Bununla kifayətlənməyən ədib İslam coğrafiyasının 

çeşidli bölgələrini ziyarət etmiş, elm əldə etmək yolunda heç nəyini əsirgəməmişdir. Hələbdə olan zaman dil və ədəbiyyat 

təhsilini məşhur nəhv alimi ibn Hələveyhinin tələbəsi olan Məhəmməd ibn Abdullah ibn Səəddən öyrənmişdir.  Hədis 

elmini isə öz qəbiləsindən  olan Yəhya Tənuhidən almışdır. Bizansların hakimiyyəti altında olan Lazkiyə vilayətinə səfər 

etmiş oradakı bir çox yəhudi və xristian alimləri ilə elmi münaqişələrdə  iştirak etmişdir. Onun istər elmi ədəbi mühitdə,  

istərsə  də adi insanlar arasında nüfuzunun uca olması dövri kitablarda rəvayət edilmişdir. Dərin zəkası, zehni ilə dillərə 

əzbər olmuşdur. Elmi bəhslər zamanı istifadə olunan sözlərin yetmiş  bənzər mənası ilə  təkrar təkrar deməsi qaynaqlarda 

qeyd edilmişdir.  

Əl-Məərri həm nəsr həm də  nəzm formasında böyük yaradıcılığa malik olmasına baxmayaraq əsərlərinin bir çoxu 

düşmən istlası  nəticəsində  məhv edilmişdir. Lakin günümüzə isə onun yalnız üç əsəri gəlib çatmışdır. Bunlardan biri ilk 

dönəmdə yazdığı “Saktu Əz-Zənd” və “ Əd-Dariyyat” adlı divanlarıdır. Daha sonra isə yazdığı “Lüzum ma Yəlzəm “ adlı 

bir divanı da vardır. “Lüzum ma Yəlzəm” alı divanında elm, əxlaq, maddə, Allah, ruh, zaman, məkan, siyasət, sosial həyata 

dair olan fəlsəfi görüşlər yer almaqdadır. Ədibin nəsr olaraq yazdığı ən məşhur əsərləri “Risalətül Gufran”  və “Risalətul-

Məlaikə “ dir. Bu əsərləri ədib təkcə nəsr olsun deyə deyil, yaşadığı mühitdə ictimai siyasi prosesləri qiymətləndirmək və 

incələmək məqsədi ilə qələmə amışdır.   Əl-Məərrinin yaradıcılığındakı bu əsərlərin movzuları ilə aşağıdakı şəkildə tanış 

olmaq olar. Onun “Saktu Əz-Zənd” adlı divanındakı şerlərin əksəriyyəti gənclik dövründə qələmə aldığı şerlərdir və onların 

çoxu mübaliğəli  şəkildə yazılmışdır.  “Əl-Lüzumiyyət” adlı divanı isə on bir min beytdən ibarət bir divandır.  Bu divan 

haqqında öncə sadaladığımız mövzular kitabın  əsəs mövzusu hesab olunur. “Əd-Dariyyat” bu divan müharibə  əhvalında 

yazılmış bir əsərdir. Müharibə hazırlıqlarından bəhs edir. “Zecrun Nəbih” kitabını da  o, özünü dinsizlikdə ittiham edən 

insanlara cavab olaraq yazmışdır .  “Risalətul-  Ğufran”  əsərinin mövzusu onun Vəzir  Əbül Qasim ilə arasında keçən 

yazışmalardan ibarətdir. Simvolik olaraq qısa hekayələrdən və tarixi ibrətlərdən ibarətdir.  

Bir çox ədəbiyyatçıların fikrinə əsasən məşhur yazıçı Dante İlahi Komediyasını da yazarkən ibn Ərəbidən və Məərridən 

faydalanmışdır. Bununla yanaşı Azərbaycanın görkəmli alim və  ədəbiyyatşunası olan Xətib Təbrizi ondan dərs almışdır. 

Daha sonralar isə Təbrizi Əl-Məərrinin “Səqt Əz-Zənd” kitabına şərh də yazmışdır. Onun həmçinin məşhur  şair Buhtərinin 

divanı üzərinə yazdığı 5 adda müxtəlif şərh kitabları vardır. Ədibin həmçinin Mütənəbbinin “Mucizu Əhməd” kitabına da 

yazdığı şərhi vardır.  

Əl-Məərrinin öz dövrünün məşhur ədib və şairlərindən biri olması onun yaradıcılığından açıq aydın görülməkdədir. O 

həm nəsr həm də  şer mövsuzunda xüsusi bacarığa malik bir şəxsdir. Yaradıcılıq həyatının ilk dönəmlərində necəki, hər 

kəsin təsirləndiyi biriləri olursa, o da şair Mütənəbbidən təsirlənmiş və şerlərini onun üslubuna bənzər üslubda yazmışdır. 

Müəyyən bir məqama yetişdikdən sonra şerlərində özünəməxsusluğu ilə seçilmişdir. Yazdığı nəsrlərdə qısa hekayə janrına 

üstünlük vermiş, cəmiyyətin gerçəkliklərini orada qabarıq şəkildə göstərmişdir. Digər tərəfdən də öz şerlərində insanların 

əxlaq və davranışlarına baxaraq kor olmasını özü üçün bir nöqsan olmadığını, tam əksinə xalq arasında olan 

çatışmamazlıqları görmədiyi üçün öz halına şükr etmişdir. 

Bəzi  ədəbiyyatçılar  şer, nəzm və  nəsri biri birindən ayırdıqları üçün Əl-Məərri ilə Mütənəbbinin  şerlərinin  ərəb  şer 

üslubuna uymadığını iddia etmişlər. Ona görə ki, ərəbcə yazılan mənzumələrin ərəb şer üslubuna uyğun gəlməsi vacibdir. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   732   733   734   735   736   737   738   739   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin