II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
413
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
çatdırmaq istədiyi fikri yəni əxlaqlı şəkildə yaşamayanların və şeytanın yolu ilə gedənlərin yerinin cəhənnəm olduğunu
bildirir.
“Hikmətu-l Kuhhan” (“Kahinlərin hikməti”) adlı VIII fəsildə şair ŞıqvəSatihadlı kahinlərlə söhbət edir.Şıq və Satih
cahiliyyət dövründə yaşamış məşhur kahinlərdir. Kahinlik sənəti İslam dinin zühurundan öncə Ərəbistan yarımadasında
yaşayan ərəblər arasında məşhur idi. Belə ki, çətin iqlim və ağır məişət şəraitində yaşayan ərəblər daima gələcəyi
öyrənməyə can atır və bunun üçün kahinlərə müraciət edirdilər. Məlum olduğu kimi İslam dini kahinliyə, gələcəyi görməyə
çalışan falçılara mənfi yanaşmış və bu işlə məşğul olanların cinlər vasitəsilə gələcəkdən xəbər verməyə çalışdıqlarını
bildirmişdir. Ona görə də İslam dini öncəgörücülüklə məşğul olmağı qadağan etmişdir. Şəfiq Məlufun da kahinlər ilə məhz
cəhənnəmdə qarşılaşması İslam dinin və onun peyğəmbəri həzrəti Məhəmmədin buyurduğu kimi, onların cəhənnəm odunda
yanacaqları fikrinə inandığını əks etdirir.
“Abqariyyun” (Abqarlılar) adlı XII yəni sonuncu fəsildə şair artıq Abqardan çıxır və səssiz bir çölə gedir. Bununla da
şairin xəyallar dünyasına səfəri başa çatır.
Şəfiq əl-Məlufun xristian dininə etiqad etməsinə baxmayaraq, “Abqar” şeirində İslam dininin qanunlarından, təməl
prinsiplərindən və Məhəmməd peyğəmbərin (s.a.v) yaşadığı merac hadisəsindən təsirlənməsi normaldır. Çünki o, hər bir
səmavi din kimi İslam dinin də əsas məqsədinin “insanlığa xidmət” olduğunu anlayırdı. Yüksək məharətlə, dərin fəlsəfi
məzmunda qələmə alınan “Abqar” şeirimüasir ərəb ədəbiyyatının dəyərli ədəbi nümunələrindən biri hesab edilir.
Dostları ilə paylaş: |