II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
414
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
dilləri anlaya biləcəyi nəticəsinə gətirib çıxarır. İbn Cinni isə sözlərin səsləri, hərfləri və vəznləri ilə mənaları arasında bir
əlaqənin olma fikrini irəli sürmüş və müxtəlif sözlərlə mənaları arasındakı əlaqəni izah etməyə çalışmışdır.
Klassik ərəb abidəsi olan Qurani-Kərimə nəzər saldıqda isə Quranda ən gözəl mənaların ən gözəl sözlərlə ifadə
edildiyini müşahidə edirik. Qurani-Kərimdə yer alan hər bir kəlimə, tam yerinə uyğun bir şəkildə işlədilmişdir. Məsələn,
şeytanın vəsvəsələrindən bəhs edən "Nəs" surəsində tez-tez təkrar edilən "s" səsi, sanki şeytanın fısıltılarını səs olaraq da
əks etdirir. Yerdən suyun çıxışını izah edən "yəşəqqaqu" ifadəsi çatlayışın, axışın bütün şırıltısını, şaqqıltısını, taqqıltısını
eşitdirərək, sanki suyun çıxış tərzini göstərir. Kafirlərə xəbərdaredici bir üslubla xitab edən Qaf surəsinin sözləri, cəza verici
kəlimələrdən seçilmişdir. Cənnəti izah edən ayələrdə isə sözlər cənnətin lətafətinden hissə almışlar.
Qurani-Kərim hərçənd şeir deyil. Lakin onu oxuyanların açıq-aşkar şəkildə gördükləri kimi Quran ayələrində şeirin də
fövqündə olan bir axıcılıq və səlislik vardır. Bu İlahi bəyanın kəlamları, mənaya önəm verməyənləri sözləri ilə cəzb etdiyi
kimi, mənaya vurğun olanları da zəngin mənaları ilə özünə çəkməkdədir.
Dostları ilə paylaş: |